Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1124

BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunda Azərbaycanın təşəbbüsləri təqdim edilib

Ölkəmizin 2021-ci ildə irəli sürdüyü “Mədəniyyət naminə sülh” qlobal çağırışı müsbət qiymətləndirilib

Xəbər verdiyimiz kimi, 22-23 noyabr tarixlərində Mərakeş Krallığının Fəs şəhərində BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) IX Qlobal Forumu keçirilib. Mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti forumda iştirak edib.

Noyabrın 22-də forum çərçivəsində Sivilizasiyalar Alyansının “Dost nazirlər qrupu”nun yüksək səviyyəli görüşü keçirilib. Mərakeş xarici işlər, Afrika əməkdaşlığı və mərakeşli emiqrantlar naziri Nasir Burita və BMTSA-nın ali nümayəndəsi Migel Angel Moratinosun sədrliyi ilə keçirilən iclasda giriş nitqləri ilə BMT-nin Baş katibi Antonio Quterreş, İspaniyanın xarici işlər naziri Jose Manuel Albaros və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış ediblər.

Sonra “Dostlar qrupu”na daxil olan ölkələrin nazirlərinin çıxışları dinlənilib.

Nazir Anar Kərimov IX Qlobal Forumunun aktual mövzuya həsr olunduğunu deyib, hazırda dünyanı cənginə alan böhranlar dövründə dialoq və sülhün önəmini vurğulayıb.

Azərbaycanın mədəniyyətlərarası dialoqu ən fəal təbliğ edən ölkələrdən biri olduğunu qeyd edən nazir 2016-cı ildə Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirildiyini xatırladıb. Anar Kərimov həmçinin 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində iki ildən bir keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşlardan birinin  BMTSA olduğunu diqqətə çatdırıb.

Nazir eyni zamanda bildirib ki, Azərbaycan bu cür universal ideyaları təşviq etsə də, öz mədəni irsinin qorunması üçün qlobal institutlardan lazımi diqqət görməyib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında saxladığı dönəmdə həmin torpaqlardakı mədəni irsimizin dağıdılmasının qarşısının alınması məqsədilə beynəlxalq təşkilatlara edilən çoxsaylı müraciətlərə lazımi reaksiya verilməyib. Nəticədə Qarabağın çoxəsrlik mədəni irsi tamamilə dağıdılıb, şəhər və kəndlərimiz viran qoyulub. Bu gün işğaldan azad edilmiş şəhər və kəndlərimiz, xüsusilə Ağdam şəhəri “Qafqazın Xirosiması” adlandırılır.

Anar Kərimov çıxışının sonunda dünyada bir daha mədəni irsə qarşı bu cür vandalizm əməllərinin yaşanmaması üçün Azərbaycan Respublikası tərəfindən 2021-ci ildə irəli sürülmüş “Mədəniyyət naminə sülh” qlobal kampaniyası barədə danışıb. Qeyd edib ki, ölkəmiz “Bakı Prosesi”nin ənənəvi tərəfdaşları olan ICESCO və BMTSA kimi beynəlxalq təşkilatların sözügedən kampaniyaya dəstək verməsini alqışlayır.

Azərbaycanın irəli sürdüyü “Mədəniyyət naminə sülh” qlobal təşəbbüs noyabrın 23-də forum çərçivəsində keçirilən “Sülh mədəniyyəti vasitəsilə çoxtərəfliliyin dirçəlişi: mədəniyyət naminə sülh kampaniyası” adlı 7-ci panelin əsas mövzusunu təşkil edib. Panelin moderatoru “Var olma siyasəti: yeni inkişaf paradiqması üçün müdriklik və elm” kitabının müəllifi Tomas Legrand tədbiri açaraq Azərbaycanın elan etdiyi qlobal kampaniya haqqında ətraflı məlumat üçün sözü mədəniyyət naziri Anar Kərimova verib.

Nazir Anar Kərimov çıxışında BMT tərəfindən qəbul edilmiş “Sülh mədəniyyəti” konsepsiyası ilə “Mədəniyyət naminə sülh” konsepsiyaları arasında prinsipial fərqləri açıqlayaraq yeni dövrün fərqli, daha effektiv yanaşmalara tələbatı ortaya çıxardığını bildirib. Anar Kərimov ötən ildən kampaniya çərçivəsində həyata keçirilən işlər, o cümlədən bu ilin may ayında Nyu-Yorkda BMTSA ilə imzalanmış Fəaliyyət Planı və onun əsas istiqamətləri haqqında iştirakçılara ətraflı məlumat verib.

Mövzu ətrafında çıxış edən Latviyanın keçmiş prezidenti Valdis Zatlers, ICESCO-nun baş direktoru Salim əl-Malik,  BMTSA-nın ali nümayəndəsi Migel Angel Moratinos sülhün, inklüzivliyin, müxtəlifliyin və bu dəyərləri təşviq edən təşəbbüslərin qlobal əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, tədbirdə iştirak edən Ermənistan nümayəndəsinin ənənəyə uyğun olaraq təxribat yaratmaq cəhdləri növbəti dəfə iflasa uğrayıb. Belə ki, paneldə moderatorun mövzuya dair suallar üçün auditoriyaya müraciətindən istifadə edən Ermənistan Mədəniyyət Nazirliyinin təmsilçisi ölkəmizə qarşı cəfəng iddialarla dolu uzun nitq söyləyərək pozitiv mühiti pozmağa çalışıb.

Bu təxribat cəhdinə cavab olaraq nazir Anar Kərimov çıxış edərək sülhün ilk öncə insanların şüurundan başladığını diqqətə çatdırıb: “Sülh dəyərlərindən uzaq nitqdə səsləndirilən utopik iddiaların dayanıqlı gələcəyə deyil, özünüməhvə aparan bir düşüncə yoludur. Təəssüf ki, müharibədən sonra Azərbaycanın təqdim etdiyi sülh prinsiplərinə bu günədək Ermənistan tərəfindən müsbət cavab verilməyib”.

Panelin digər iştirakçıları da ermənilər tərəfindən pozitiv gündəmin dəyişdirilməsi cəhdlərini pisləyiblər.

Noyabrın 23-də günün sonunda keçirilən rəsmi bağlanış mərasimi ilə BMT-nin Sivilizasiyalar Alyansının IX Qlobal Forumu özü işini başa vurub.

XƏBƏRLƏR

06.12.2023 14:43
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
06.12.2023 13:24
“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq
05.12.2023 09:43
Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb
04.12.2023 12:55
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
04.12.2023 10:23
Türk Dünyasının Yumor Festivalı keçirilib
01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub