Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
906

Gəncədə Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Fikrət Əmirov 100” Musiqi Festivalı çərçivəsində, Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı keçirilib.

Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayevin və dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında keçirilən konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli, Azər Zeynalov, Teyyub Aslanov, solist Safura Aslanova çıxış ediblər. Konsertdə “Azərbaycan” simfonik suitası, “Azərbaycan elləri”, H.Cavidin “Şeyx Sənan” musiqili dramından “Kor ərəbin mahnısı”, “Kürdi-Ovşarı” simfonik muğamı, “Sevil” operasından Balaşın ariyası və "Azərbaycan kapriççosu", F.Əmirov-E.Nəzirova – piano və orkestr üçün ərəb mövzuları əsasında Konserti səsləndirilib.

Onu da qeyd edək ki, konsertin proqramında Fikrət Əmirovun işlənməsində Xalq mahnısı “Gözəlim sənsən”​ dirijor Mustafa Mehmandarovun redaktəsində ilk dəfə olaraq Azər Zeynalov tərəfindən ifa olundu.

Konsert proqramı tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

XƏBƏRLƏR

17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib
26.01.2024 17:13
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən X “Gəncliyin səsi” Festivalı keçiriləcək
25.01.2024 18:05
Paytaxt muzeylərinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib
23.01.2024 08:46
Teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib
22.01.2024 08:45
Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
12.01.2024 18:28
Mədəniyyət naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib
09.01.2024 15:13
ARKA tərəfindən təşkil olunmuş film layihələri müsabiqəsinin nəticələri ilə bağlı Apellyasiya komissiyasının ilk iclası keçirilib
09.01.2024 11:30
Apellyasiya Komissiyasının iclası yekunlaşdı
08.01.2024 18:32
Əməkdar artist Aygün Bəylər son mənzilə yola salınıb
07.01.2024 10:50
Əməkdar artist Aygün Bəylər vəfat edib
30.12.2023 17:40
Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30.12.2023 09:55
Mədəniyyət Nazirliyinin müvafiq informasiya sistemləri “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri”nə daxil edilib
30.12.2023 09:25
Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurası yaradılıb
27.12.2023 15:33
“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin fəaliyyətinin yekunlarına həsr olunmuş toplantı keçirilib
27.12.2023 10:14
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
27.12.2023 09:59
Mədəniyyət Nazirliyinin müvafiq informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na miqrasiya edilib
27.12.2023 09:45
Belarusla mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
25.12.2023 17:53
“Nəşr məhsullarının satın alınması” müsabiqəsinin nəticələri müəyyən olunub
25.12.2023 14:41
Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi TÜRKSOY-da qeyd edilib