Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1019

Bakı Bələdiyyə Teatrının 30 illik yubileyi qeyd olunub

Bu il Bakı Bələdiyyə Teatrının fəaliyyətə başlamasının 30 illiyidir. Noyabrın 15-də teatrın yubiley gecəsi keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili, akademik Rafael Hüseynov, Azərbaycanın Vatikan Dövlətindəki səfiri İlqar Muxtarov, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, tanınmış mədəniyyət, incəsənət xadimləri, sənətsevərlər iştirak ediblər.

Öncə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxış edərək mədəniyyət naziri Anar Kərimovun Bakı Bələdiyyə Teatrının kollektivinə yubiley münasibətilə təbriklərini çatdırıb. O, həmçinin nazirliyin müvafiq əmri ilə teatrın bir qrup əməkdaşının fəxri fərmanla təltif olunduqlarını bildirib və təltifləri sahiblərinə təqdim edib.

Azərbaycanın Teatr Xadimləri İttifaqı sədrinin müavini, Xalq artisti Hacı İsmayılov ittifaqın sədri, Xalq artisti Azər Paşa Nemətovun xoş diləklərini kollektivə çatdırdıqdan sonra ATXİ-nin teatrının bir qrup sənətçisinə “Sənətkar” medalı, fəxri fərman və “Qızılgül” mükafatlarını təqdim olunub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayevin yubiley təbrik məktubunu ittifaqın katibi, Xalq artisti Həmidə Ömərova oxuyub.

Gecədə digər çıxış edənlər də teatrın yubileyi ilə bağlı kollektivə təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıblar.

Çıxışlardan sonra Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra teatrın Xalq yazıçısı İlyas Əfəndiyevin “Qrabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırladığı “Şuşada ürəyim qaldı” tamaşasının premyerası olub.

Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Eldar Mansurovdur. Əsas rolları İsmayıl Atakişiyev, Rəşad Kəsəmənli, Rafiq İbrahimov, Əməkdar artistlər Hüsniyyə Mürvətova, Əfqan Soltanov, həmçinin Zülfiyyə Qurbanova, Asif  Rəhimov və başqaları oynayıblar.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə, eyni zamanda Bakı Bələdiyyə Teatrının 30 illik yubileyinə həsr olunan “Şuşada ürəyim qaldı” tamaşasında tarixən Azərbaycan xalqının başına gətirilən müsibətlər və ölkəmizin bu bəlaların içindən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışması diqqət mərkəzinə çəkilir. Çar Rusiyasının general Sisianovun Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda törətdiyi faciələrdən danışan və İbrahim xanın qızı Ağabəyim ağanın başına gətirilən müsibətlərdən bəhs edən səhnə əsərində Azərbaycan xanlıqlarının ayrı-ayrı dövlətlərdən ibarət olsa da, əslində, müstəqilliyimizin əsasını qoymağa çalışmaları göz önünə gətirilir. 

Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Mədəniyyətimizin böyük hamisi, ulu öndər Heydər Əliyev teatrın fəaliyyətinə xeyir-dua verib, diqqət və qayğı göstərib. Bu illər ərzində yerli və xarici müəllifin çoxsaylı əsərlərə səhnə həyatı verən kollektiv müasir Azərbaycan teatrının inkişafına öz imzasını qoyub.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib