Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
400

“Yeni adlar” layihəsinin növbəti konserti keçirilib

Mədəniyyət Nazirliyinin bu ilin mart ayından reallaşdırdığı “Yeni adlar” musiqi layihəsi davam edir. İstedadlı gənclər böyük səhnələrdə ölkəmizin aparıcı kollektivlərinin müşayiətində məharətlərini göstərirlər. 

Noyabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçirilib.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Mustafa Mehmandarov) müşayiəti ilə gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Kamran Talıblı (fleyta) və Cəmil Sədizadə (piano) yaddaqalan proqramla çıxış ediblər.

Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Azərbaycan Respublikasının Xalq artisti, pianoçu Yeganə Axundova, Əməkdar artist, dirijor Fuad İbrahimov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər olub.

Konsertdə Kamran Talıblının ifasında J.İbertin “Fleyta və orkestr üçün konsert”i, Cəmil Sədizadənin təqdimatında isə K.Sen-Sansın “Piano və orkestr üçün 2 nömrəli konsert” əsərləri gurultulu alqışlarla qarşılanıb. İstedadlı gənclər orkestrin müşayiəti ilə hər iki əsəri yüksək peşəkarlıqla tamaşaçılara çatdırmağı bacarıblar.

***

Kamran Talıblı 2000-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə L. və M.Rostropoviçlar adına 21 nömrəli Musiqi məktəbinə fleyta ixtisası üzrə (Xalq artisti, professor Müzəffər Ağamalızadənin sinfi) daxil olub. Kamran 2022-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistr pilləsində təhsilini davam etdirir.

Kamran təhsil illərində respublika və beynəlxalq musiqi müsabiqələrində iştirak edib və nailiyyətlər qazanıb. 2011-ci ildə nəfəs və zərb alətləri üzrə II Respublika müsabiqəsində II yerə layiq görülən musiqiçi 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən II Respublika müsabiqəsində I yeri qazanıb. Həmin il 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında keçirilmiş kamera konsertində uğurlu çıxışı və müasir Azərbaycan bəstəkarlarının əsərlərinin ifasına görə fəxri fərmanla təltif edilib. 2014-cü ildə İslam dünyası gənc klassik musiqi ifaçılarının III beynəlxalq müsabiqəsində birinci olub. Eləcə də Rusiyanın Samara şəhərində Yuri Başmetin rəhbərliyi ilə MDB ölkələri arasında keçirilən ustad dərslərində Paris Ali Milli Konservatoriyasının professoru Jean-Noel Bonmortdan dərs alıb və Tolyatti şəhərinin filarmoniyasında çıxış edib. Gənc ifaçı 2016-cı ildə bir sıra müsabiqələrdə iştirak edərək I yerə layiq görülüb. Buna misal olaraq, Estoniyanın Narva şəhərində keçirilən “Baltikanın ulduzları” VII beynəlxalq müsabiqəni, dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunmuş respublika musiqi müsabiqəsini göstərmək olar. Kamran 2017-ci ildə Prezident təqaüdünə layiq görülüb.

Cəmil Sədizadə 2008-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Rauf Hacıyev adına 15 nömrəli Musiqi məktəbinin fortepiano ixtisası üzrə I sinfinə qəbul olub. Hazırda məktəbin IX sinfində təhsil alır.

Cəmil 2015-ci ildən başlayaraq bir çox uğurlara imza atıb. Azərbaycanla yanaşı, Estoniya, Bolqarıstan, İspaniya, İsrail, BƏƏ, Rusiya, İtaliya, Gürcüstan, Çexiya və digər ölkələrdə müsabiqələrdə iştirak edərək laureat adını qazanıb.

Cəmil həmçinin 2017-ci il mayın 28-də Kreml sarayının Georgiyev zalında keçirilən “Nəsillərin melodiyası” V beynəlxalq musiqi festivalında iştirak edib. Burada o, Rusiya Prezidenti orkestri ilə L.V.Bethovenin I konsertini (I hissə) ifa edib. Həmin ilin iyununda ölkə başçımızın Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Cəmil 2018-ci ilin yanvar ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Xalq artisti Rauf Abdullayev) ilə birlikdə “Zirvəyə doğru” adlı ilk solo konsertini verib. Həmin ilin mayında Parisdə UNESCO-nun təşkil etdiyi Qara Qarayevin 100 illik yubileyinə həsr edilmiş konsertdə solo nömrə ilə uğurlu çıxış edib.

Cəmil Sədizadə bu ilin aprel ayında Heydər Əliyev Sarayında yenə də Xalq artisti Rauf Abdullayevin idarəsində Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Qəlblərin fatehi” adlı ikinci solo konsertlə çıxış edib.

XƏBƏRLƏR

07.12.2022 11:02
Mədəniyyət müəssisələrində “Ustad dərsləri” həftəsi keçirildi
06.12.2022 16:48
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.12.2022 15:15
Ustad tarzən Əhməd Bakıxanovun məzarı ziyarət olunub
06.12.2022 14:25
Görkəmli tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun 130 illiyi keçirilib
05.12.2022 17:34
Mədəniyyət naziri Anar Kərimov gənc kinematoqrafçılarla görüşüb
05.12.2022 16:52
Maestro Rauf Abdullayevin 85 illiyi qeyd olunub
05.12.2022 10:26
"Şuşa – Zirvədən uca" və "Şuşa – Qarabağın ulduzu" kitablarının təqdimatı keçirilib
02.12.2022 18:14
Heydər Əliyev Sarayında təntənəli konsert proqramı - "Şövkət Ələkbərova 100"
02.12.2022 17:22
Mədəniyyət Nazirliyi tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin test mərhələsinin nəticələrini elan edir
02.12.2022 11:26
“Şuşa İli” çərçivəsində heykəltaraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub
01.12.2022 17:51
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
30.11.2022 16:52
Türkmənistanda dünya xalqlarının musiqi sənətinə həsr olunmuş beynəlxalq festivalda Azərbaycan da təmsil olunur
30.11.2022 16:27
Türk dünyasının birlik simvoluna çevrilən Əhməd Cavadın yubileyi qeyd olunub
30.11.2022 15:58
Tatarıstan Respublikasının mədəniyyət naziri ilə görüş keçirilib
30.11.2022 11:10
Nazir Anar Kərimov Yevlaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
29.11.2022 15:46
Mədəniyyət naziri Yevlax şəhərində vətəndaşlarla görüşüb
29.11.2022 12:42
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalara işə qəbul üzrə test imtahanı keçirilib
29.11.2022 11:46
Anar Kərimov Mingəçevirdə mədəniyyət işçiləri ilə görüş keçirib
29.11.2022 10:37
Özbəkistanda “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı sərgi açılacaq
28.11.2022 19:57
Mədəniyyət müəssisələrində fəaliyyət müasir tələblərə uyğun şəkildə qurulmalıdır
28.11.2022 15:41
“Mərmər soyuğu” filmi Estoniyada mükafata layiq görülüb
28.11.2022 15:07
Mədəniyyət naziri Mingəçevirdə müəssisələrin fəaliyyəti ilə tanış olub
25.11.2022 20:06
Nazir Anar Kərimov Azərbaycanda Amerika Ticarət Palatasının təşkil etdiyi növbəti görüşün qonağı olub
25.11.2022 18:05
Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin 11-ci plenar iclası öz işini yekunlaşdırıb
25.11.2022 15:43
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyi Nyu-Yorkda təntənə ilə qeyd edilib
25.11.2022 14:52
II “4.4 Qısa Tamaşalar Festivalı” çərçivəsində Xalq artisti Cahangir Novruzovun ustad dərsləri keçirilib
25.11.2022 10:15
BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunda Azərbaycanın təşəbbüsləri təqdim edilib
24.11.2022 18:10
“Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli filminin təqdimatı olub
24.11.2022 17:22
Mingəçevir Dövlət Dram Teatrında təyinat
24.11.2022 15:01
Dövlət Xidmətinin əməkdaşları ANAMA-nın təlimində iştirak edib
23.11.2022 12:07
Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib
22.11.2022 19:15
Mərakeşdə BMT Sivilizasiyalar Alyansının IX Qlobal Forumu keçirilir
22.11.2022 16:29
Fikrət Əmirovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
21.11.2022 12:56
“Şuşa mədəniyyətinin inciləri”: maestro Niyazi
21.11.2022 12:25
Özbəkistanda Azərbaycan ədəbiyyatının da yer aldığı “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyası nəşr edildi