Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2789

Azərbaycanda “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı uşaqlar üçün sərgi keçirilir

Sentyabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin  və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə uşaqlar üçün iqlim fəaliyyətinə dair xüsusi hazırlanmış sərgi təşkil olunacaqdır.

Sərgi layihəsi gənc nəslə, uşaq və yeniyetmələrə  faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirici xarakter daşıyır. Bu gün dünyada uşaqların üzləşdiyi problemlərdən heç biri iqlim dəyişikliyinin güclənən təsirindən daha genişmiqyaslı deyil (UNICEF-in icraçı direktoru Ketrin Rassel).

Sərgidə Layen Haykensin şəxsi kolleksiyasından hazırkı iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar, hippopotamları əks etdirən  eksponatlar  nümayiş etdiriləcəkdir. Sərgi uşaqların və gələcək nəsillərin həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edən, geri dönməz dəyişikliklərə səbəb ola biləcək bəşər sivilizasiyasının buraxdığı karbon emissiyalarının artması və ətraf mühitin deqradasiyası məsələlərinə toxunur.

Sərgi zamanı dünyaca məşhur müəllif Denis Tomopulos tərəfindən yaradılmış, uşaqlara ətraf mühitin çirklənməsi problemlərini və planetdə iqlim dəyişikliyi ilə mübarizə yollarını izah edən “Yer kürəsi deyir” cizgi filmi nümayiş etdiriləcək. Bundan əlavə layihə çərçivəsində gənc nəslin təhsil proqramları vasitəsilə iqlim dəyişikliyi problemləri haqqında maarifləndirilməsinə yönəlmiş “Comics Uniting Nations” toplusundan olan komikslər silsiləsi ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunacaqdır. Sərgidə həmçinin uşaqlar və gənclər üçün xüsusi olaraq ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı məlumat turları, təqdimatlar və panel müzakirələri təşkil olunacaq.

Sərgi həmçinin bu ilin iyun ayında başlayan və 2030-cu ilə qədər davam edəcək ekosistemlər dünyasının deqradasiyasının qarşısını almaq, dayandırmaq və geri qaytarmaq üçün fəaliyyətə səsləyən BMT-nin Ekosistemin Bərpası üzrə Onillik proqramının bir hissəsidir.

Sərgi 16 oktyabr tarixinədək davam edəcək.

***

QEYD!

Sərginin müddəti 29 oktyabr tarixinədək uzadılmışdır!

XƏBƏRLƏR

06.12.2023 14:43
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
06.12.2023 13:24
“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq
05.12.2023 09:43
Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb
04.12.2023 12:55
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
04.12.2023 10:23
Türk Dünyasının Yumor Festivalı keçirilib
01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub