Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
775

Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı ziyarət olundu

Azərbaycan professional musiqi sənətinin və milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin (1885-1948) dünyaya gəldiyi 18 sentyabr hər il ölkəmizdə Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd edilir.

Bu il də mədəniyyət tariximizin əlamətdar günündə I Fəxri xiyabanda dahi bəstəkarın məzarı ziyarət olundu. Mərasimdə mədəniyyət naziri Anar Kərimov, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər.

Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyuldu. Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) heyətinin ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası səsləndirildi.

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirdi ki, 18 sentyabr mədəniyyətimizin ən əlamətdar günlərindən biridir:

“Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. Üzeyir Hacıbəyli elə bir şəxsiyyətdir ki, məhz onun sayəsində Azərbaycan musiqisində tarixi bir dövr başlandı, klassik musiqi sənətimizin təməli qoyuldu, yeni musiqi janrları yarandı. O, mədəniyyətimizə çox böyük töhfələr verərək, milli musiqimizi dünya səviyyəsinə qaldıra bildi. Təbii ki, dövlətimiz belə şəxsiyyətləri heç vaxt yaddan çıxarmır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi münasibətilə 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alındı. Artıq neçə ildir ki, xalqımız bu günü qeyd edir. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərirlər. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən isə ölkəmizdə Üzeyir Hacıbəyli adına festival keçirilir...”.

Nazir bildirdi ki, bu il də Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının geniş tədbirlər planı tərtib edilmişdi. Lakin son günlər baş verən məlum hadisələrlə bağlı, Azərbaycanın sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ehtiram olaraq festivalın proqramı dəyişdirildi.

“Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına başsağlığı verirəm. Əslində, bu il festivalı ölkəmizin bir neçə şəhərində keçirməyi planlaşdırırdıq. Düşmənin sərhədlərimizdə törədiyi təxribatın qarşısının alınması zamanı həlak olan igidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq festivalın proqramında dəyişiklik etdik. Festivalın tədbirləri Bakıda, bir konsert isə Şuşada keçiriləcək. Bunun da bir rəmzi var. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan musiqisi Şuşada səsləndiriləcək. Bu bizim Üzeyir Hacıbəyli və şəhidlərimiz qarşısında borcumuzdur. Biz festivaldakı tədbirləri şəhidlərimizə ithaf etmək istəyirik. Bununla da bir daha göstərmək istəyirik ki, Azərbaycan xalqı qəhrəman övladlarını heç vaxt yaddan çıxarmır”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxışında dahi bəstəkarımızın mədəniyyət tariximizdə rolunu qeyd edərək onu musiqimizin peyğəmbəri adlandırdı. Vurğuladı ki, biz həmişə Azərbaycan musiqisini dünyada təbliğ etməliyik. Bütün dünya Azərbaycan musiqisinin əzəmətini görməlidir.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də Üzeyir Hacıbəylinin ölməz irsindən söz açdı. Bildirdi ki, nə qədər ki, Azərbaycan xalqı var, Üzeyir Hacıbəylinin ölməz irsi hər zaman yaşayacaq.

Sonra mərasim iştirakçıları Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin Fəxri xiyabandakı məzarlarını ziyarət etdilər.

Ümummilli lider, mədəniyyətimizin böyük hamisi, 1995-ci ildə imzaladığı fərmanla mədəniyyət təqvimimizə Milli Musiqi Gününü bəxş etmiş Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anıldı, məzarları üzərinə tər çiçək dəstələri düzüldü.

Sonda mərasim iştirakçıları Şəhidlər xiyabana gələrək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən Vətən övladlarının xatirəsini yad etdilər, “Əbədi məşəl” memorialı önünə gül dəstləri qoydular.

XƏBƏRLƏR

29.09.2023 14:48
Prodüserlərin və prodüser olmaq arzusunda olan şəxslərin nəzərinə
29.09.2023 14:45
Animatorların inkişaf proqramına qəbul başladı
28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir