“MUSİQİÇİLƏRİN PEDAQOJİ USTALIĞI”
Birinci Beynəlxalq festival-müsabiqə (videoyazılar əsasında)
Bakı Musiqi Akademiyasının 100 və BMA-nın nəzdində
Orta ixtisas musiqi məktəb-studiyasının 40 illiyinə həsr olunur
Beynəlxalq festival-müsabiqə Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin təşkilati və informasiya dəstəyi ilə keçirilir. Əsas məqsəd müxtəlif ölkələrin istedadlı musiqiçiləri arasında əlaqələrin yaxınlaşması və genişləndirilməsi, ibtidai, orta və ali təhsil müəssisələrində bütün fənlər üzrə ümumi və peşəkar musiqi təhsilinin həm yerli, həm də xarici müəllimlərin qabaqcıl təcrübələrinin qarşılıqlı mübadiləsindən ibarətdir.
TƏŞKİLAT KOMİTƏSİNİN VƏ MÜNSİFLƏR HEYƏTİNİN SƏDRİ
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru,
SSRİ və AR Xalq artisti, professor
Fərhad BƏDƏLBƏYLİ
FESTİVAL-MÜSABİQƏ LAYİHƏSİNİN MÜƏLLİFİ
BMA-nın nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının direktoru,
AR Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor
Tərlan SEYİDOV
FESTİVAL-MÜSABİQƏNİN ƏSAS ŞƏRTLƏRİ
1. Festival-müsabiqə açıq dərslər formasında keçirilir. Reqlament – 30 dəqiqəyə qədər.
2. Açıq dərslərin videoyazıları YouTube saytıına yerləşdirilməlidir.
3. Çıxış Azərbaycan, türk, rus və ingilis dillərində (istəyə görə) olmalıdır.
4. Festivalın ən yaxşı iştirakçıları diplom və sertifikatlarla təltif olunur.
5. Qaliblər Beynəlxalq müsabiqənin laureatı və diplomantı adına layiq görülür. Digər iştirakçılara sertifikat veriləcək.
6. Qaliblər Beynəlxalq münsiflər tərəfindən təyin olunur. Münsiflər heyətinin qərarı həlledicidir: burada nə şikayət vermə, nə də təkrar müzakirə ola bilməz.
7. Festival-müsabiqənin ən yaxşı dərslərinin Youtube linkləri Bakı Musiqi Akademiyasının rəsmi saytında yerləşdiriləcək.
FESTİVAL-MÜSABİQƏNİN İŞTİRAKÇILARI
1. Festivalda iş stajından və mövcud ixtisas kateqoriyasından asılı olmayaraq, yaş məhdudiyyəti olmadan bütün müəllimlər iştirak edə bilər.
2. Müsabiqədə (festival çərçivəsində) 50 yaşa qədər müəllimlər iştirak edə bilər. İştirakçıların yaşı 1 iyun 2022-ci tarixinə müəyyən edilir.
MUSİQİ İFAÇILIQ FƏNLƏRİ NOMİNASİYALARI
Klavişli alətlər: fortepiano, orqan, klavesin;
Simli alətlər: violin (skripka), alt, violonçel, kontrabas;
Nəfəs alətləri: fleyta, blok-fleyta, klarnet, hoboy, faqot, trumpet (truba), saksofon;
Zərb alətləri: ksilofon, marimba, təbil;
Solo oxuma; Xor oxuma;
Ansambllar: instrumental və vokal.
MUSİQİ NƏZƏRİYYƏ FƏNLƏRİ NOMİNASİYALARI
Musiqi dinlənilməsi; Solfecio; Musiqinin elementar nəzəriyyəsi; Harmoniya; Musiqi ədəbiyyatı; Musiqi tarixi; Musiqi əsərlərinin təhlili; Kompozisiya; Pedaqogika.
Festival-müsabiqədə iştirak üçün sənədlər 30 aprel 2022 il tarixinə qədər qeyd olunan elektron ünvana göndərilməlidir: musicstudiobaku@hotmail.com
Festival-müsabiqənin keçirilmə tarixi: 1 – 30 iyun 2022 il.
Telefon: (+994 12) 493-19-17, (+994 12) 598-01-94.
Əlavə məlumat BMA-nın rəsmi saytındadır:
https://www.musicacademy.edu.az/kheberler/elanlar/2818-elan-2022.html