Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2230

Berlində İmadəddin Nəsiminin 650 illiyi və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə konsert keçirilib

Sentyabrın 23-də İmadəddin Nəsiminin 650 illiyi və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə Berlin şəhərində konsert keçirilib.

Konserti giriş sözü ilə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov açaraq böyük ədib və filosof İmadəddin Nəsiminin həyat və yaradıcılığından söhbət açıb, onun Azərbaycan ədəbiyyat tarixində unudulmaz izlər buraxdığını bildirib.

Səfir İmaddədin Nəsimiyə məxsus yaradıcılığın Azərbaycan ədəbiyyatşünaslığının daimi araşdırma mövzularından biri olduğunu iştirakçıların nəzərinə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarını vurğulayaraq, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu qeyd edib.

Cari il ərzində həmçinin UNESKO üzrə Azərbaycan Milli Komissiyasının yaradılmasının 25 illiyinin qeyd edildiyini bildirib. O, Milli Komissiyanın Azərbaycan milli irsinin dünya miqyasında tanıdılması istiqamətində indiyədək vacib işlər gördüyünü, habelə Azərbaycan mədəniyyətinə və ədəbiyyatına dair mühüm nümunələrin UNESKO-nun qeyri-maddi mədəni irs-siyahısına daxil edilməsi istiqamətində xüsusi xidmətlər göstərdiyini vurğulayıb.

Səfir tamaşaçıları həmçinin Azərbaycan muğam sənəti və “Qarabağ” muğam qrupu haqda məlumatlandırıb, muğamın Azərbaycan musiqi mədəniyyətində əhəmiyyətli yer tutduğunu qeyd edib. Muğam qrupunun adını daşıdığı Dağlıq Qarabağın və ətraf rayonlarımızın uzun müddətdir ki, Ermənistan tərəfindən işğal olunduğunu və bu işğalın bu gün də davam etdiyini bildirib. Azərbaycan mədəniyyətinin və musiqisinin təşviq edilməsində Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın misilsiz töhfələrini xüsusilə diqqətə çatdırıb.

Sonra Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun Nəsiminin qəzəllərindən ibarət konsert proqramı təqdim olunub. Xanəndələr Mənsum İbrahimov və Sədəf Budaqovanı Elçin Haşımov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.

Tədbirdə Almaniyanın ictimai-siyasi, elmi-mədəni dairələrinin, diplomatik korpusun və Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.

Konsert çərçivəsində həmçinin Azərbaycan mədəniyyətinə və incəsənətinə dair müvafiq əyani materiallar nümayiş olunub və iştirakçılara paylanılıb.

XƏBƏRLƏR

01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
30.04.2024 13:05
Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı