12.05.2022 02:16
Mayın 10-da Bakı Dövlət Sirkinin orkestr heyəti “Qış parkın”da konsert proqramı ilə çıxış edib.
Konsert ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub. On altı nəfərdən ibarət orkestr heyətinin repertuarında Azərbaycan və dünya klassik bəstəkarlarının əsərləri səslənib. Proqramın sonunda sirk orkestrinin ifasında Azərbaycan cəngisinin cazla sintezi ifa olunub.