Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1385

Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib

İyulun 2-də hazırkı dövrdə müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfrans formatında iclas keçirilib.

İclasda Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarələrinin rəisləri iştirak edib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları və aidiyyəti təşkilatlar tərəfindən pandemiya ilə mübarizədə qətiyyətli addımlar atılır.

Konfransda iyulun 1-də ölkə başçısının tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində qaldırılan məsələlərə toxunulub.

Bildirilib ki, Operativ Qərargah tərəfindən qəbul olunan bütün qərarlara, verilən tövsiyələrə mədəniyyət sahəsində də ciddi əməl olunmalıdır. Sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac var. Buna görə də mədəniyyət müəssisələrində, tabe qurumlarda mütəmadi olaraq dezinfeksiya işlərinin aparılmasına, əməkdaşların sosial izolyasiya tədbirlərinə əməl etməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda sosial yardıma ehtiyacı olan insanlara, xüsusilə mədəniyyət sahəsində çalışanlara dəstək göstərilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlarda işçilərin say məhdudiyyətinə də əməl olunmalıdır. İcazəsi olan əməkdaşların bu icazələrdən sui-istifadə hallarına yol verilməsinin qarşısı alınmalıdır.

İclasda Mədəniyyət Nazirliyi sistemində optimallaşdırma tədbirlərinin həyata keçirilməsinin və əməkdaşların müasir texnologiyadan istifadə bacarıqlarının təkmilləşdirilməsinin vacibliyi də qeyd olunub. Nazirliyin, tabe təşkilatların, mədəniyyət idarələrinin saytlarında və sosial şəbəkələrdəki səhifələrində aktivliyin daha da artırılmasının, vətəndaşlara göstərilən elektron xidmətlərin səviyyəsinin yüksəldilməsinin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, işə yeni qəbul edilən əməkdaşların müasir texnologiyalarla işləmə bacarıqlarına xüsusi diqqət yetirilməlidir.

Videokonfransda hazırkı dövrdə mədəniyyət sahəsinin də üzərinə mühüm məsuliyyət düşdüyü vurğulanıb, göstərilən mədəni xidmətlərin daha da inkişaf etdirilməsi istiqamətində tapşırıq və tövsiyələr verilib.

XƏBƏRLƏR

04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir
24.07.2020 15:50
Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası yeni layihəyə start verir
24.07.2020 14:42
Azərbaycan istehsalı olan film Avropanın ən önəmli festivalının əsas müsabiqəsinə seçilib
24.07.2020 10:12
Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümünə yekun vurub
23.07.2020 16:43
Bakı şəhərində uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda
23.07.2020 14:46
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
23.07.2020 12:43
Gənclər Kitabxanası “Ağdam yaddaşımızın tarixi,tariximizin yaddaşı” adlı videoçarx hazırlayıb
22.07.2020 14:07
Respublika Gənclər Kitabxanası “Dünyanın ən qeyri-adi kitabxanaları” adlı yeni layihə ilə izləyicilərinin görüşünə gəlir