Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1040

Lənkəranda Respublika Folklor Festivalının seçim mərhələsi keçirildi

Lənkəran şəhər Mədəniyyət Mərkəzində Ənənəvi Respublika Foklor Festivalının seçim mərhələsi keçirildi.

Tədbiri giriş sözü ilə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli açaraq Respublika Folkor Festivalının əhəmiyyətindən danışdı, seçim mərhələləri bitdikdən sonra yekun tədbirin Bakı şəhərində keçiriləcəyini bildirdi.

Sonra Lənkəran Regional Mədəniyyət İdarəsinin - C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət folklor kollektivi, Separadi kənd mədəniyyət evinin “Nənələr” folklor xalq kollektivi, Lerik rayonunun “Rəfti” Uzunömürlülər kollektivi, Astara rayonu Kakalos kənd mədəniyyət evinin “Əvəsor” folklor kollektivi, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Ay lolu” rəqs qrupu, Boladi kənd klubunun “Kinəlim” rəqs qrupu,  Masallı Regional Mədəniyyət İdarəsinin -  “Halay” və “Masallı” rəqs qruplarının, Biləsuvar Regional Mədəniyyət İdarəsinin Biləsuvar rayonunun “Şəhriyar” foklor kollektivi, Salyan rayonunun “Ruhani” aşıqlar qrupu, Neftçala rayonunun “Ənənə” folklor kollektivi öz rəngarəng nömrələri ilə çıxış etdilər.

Tədbirdə Azərbaycan Dövlət İncəsənət Universitetinin baş müəllimi Altay Məmmədli, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, əməkdar artist Xoşbəxt Məmmədov, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti, əməkdar artist Elnur Süleymanov, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Ramin Hüseynov münsiflər heyətinin üzvləri kimi iştirak etdilər. 

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir