Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1425

Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə ilk dəfə olaraq “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət nəşr olunub.

Layihənin reallaşmasında Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, ölkəmizin və Özbəkistanın milli elmlər akademiyalarının dilçilik institutları, hər iki ölkənin bu sahədə çalışan alimləri yaxından iştirak ediblər.

Qeyd edək ki, lüğət Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun və Özbəkistan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutunun elmi şuralarının qərarları ilə nəşr olunub.

Layihənin rəhbəri, eyni zamanda, “Ön söz”ün müəllifi AMM-nin direktoru Samir Abbasov, tərtibçi müəlliflər isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Tətbiqi dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, özbək ədəbiyyatşünas, dilşünas alim Babaxan Məhəmməd Şərif, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, şərqşünas-filoloq Şahista Kamranlıdır.

Nəşrin rəyçiləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutu “Lüğətşünaslıq” şöbəsinin müdiri, filologiya elmləri namizədi, dosent Abduvahab Mədvəliyev, elmi məsləhətçilər isə AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuhrat Siracəddinovdur.

Redaksiya heyətində Azərbaycan və Özbəkistandan bir sıra tanınmış alimləri - AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Terminologiya” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas Sona Vəliyeva, filologiya elmləri namizədi, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova, filologiya elmləri namizədi, dosent Şahina İbrahimova, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə iştirak ediblər.

Qeyd edək ki, lüğətdə ümumilikdə 23 minə yaxın söz və ifadənin qarşılıqlı tərcüməsi verilib, hər iki dildə istifadə olunan əlifbada hərflərin transkripsiyası xüsusi cədvəldə öz əksini tapıb.

XƏBƏRLƏR

08.07.2020 12:29
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib