20.08.2019 11:58
Bakı Musiqi Akademiyasında (BMA) “Orqanın Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasındakı 55 illik tarixi” mövzusunda tədbir keçiriləcək.
Sentyabrın 21-nə nəzərdə tutulan tədbir Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.
BMA-nın orqan kafedrasının müəllim və tələbələrinin qatılacağı tədbirdə Rusiyanın tanınmış orqan ifaçısı beynəlxalq müsabiqələr laureatı Yevgeni Avramenko çıxış edəcək.