“QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin İdarə Heyətinin üzvü, İCOM Azərbaycanın Milli Komitəsinin üzvü və İCOMAM Beynəlxalq Komitəsinin (hərb tarixi, hərbi muzeylər və silah kolleksiyaları üzrə) İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dövlət Ermitajının və Rusiya Federasiyasının Prezidenti yanında Heraldika Şurasının təşkilatçılığı ilə keçirilən hibrid konfransda rəsmi dəvət əsasında elmi məruzə ilə əyani olaraq iştirak edib.
Builki konfrans Böyük Pyotr tərəfindən Heroldmeyster kontorunun yaradılmasının 300 illiyinə və Rusiya Federasiyasında heraldika xidmətinin bərpasının 30 illiyinə həsr olunub.
Konfransda P.Gözəlovun “1919-1922-ci illərin inqilab bayraqlarında İslam və sovet simvolları” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə iştirak edən 48 məruzəçi sırasında Pərvin Gözəlov yeganə xarici ölkədən dəvət olunan iştirakçı olub.
Tədbirin açılışında Dövlət Ermitajının Baş direktoru Mixail Piotrovskiy onlayn olaraq iştirakçıları salamlayıb və konfransın işində uğurlar arzulayıb.
Sonra Rusiya Federasiyasının Dövlət Qeroldmeysteri Georgiy Vilinbaxov konfrans iştirakçılarına Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin yubiley konfransının iştirakçılarına təbrik məktublarını oxuyub.
Konfrans iclaslarında heraldika sahəsində dövlət siyasətinin konsepsiya və strateji məsələləri, heraldika sahəsində hüquqi məsələlərin problemləri və digər aktual heraldik problemlərə həsr edilmiş məruzələr və müzakirələr keçirilib.
P.Gözəlov “1919-1922-ci illərin inqilab bayraqlarında İslam və sovet simvolları” adlı məruzəsində fransız diplomatının nəşr etdiyi bayraqlar sırasında 1919-1922-ci illərdə Sovet İttifaqının yaradılması prosesində baş verən inqilab proseslərində istifadə edilən bayraqlar yer alır. Azərbaycanlı alim P.Gözəlov məruzəsində təqdim etdiyi bayrağın üzərində xalqların dini mənsubluğunu və dövlət quruluşunun atributlarını təcəssüm edən rəmzlər təqdim edilib.
Məruzədən sonra P.Gözəlov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Konfrans çərçivəsində iştirakçılar B.N.Yeltsin adına Prezident Kitabxanasında ekskursiya ediblər.
P.Gözəlov Sankt-Peterburqda olduğu dövrdə, Artilleriya, mühəndis və rabitə qoşunları Hərbi-Tarix muzeyinin direktoru V.M.Krılovla görüşüb.