
Vətəndaş qəbulu
Vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.
Qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.
Azərbaycanın Milli Qəhrəmanları və onların ailə üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, xalq artistləri və digər imtiyazlı vətəndaşlar müraciət etdikdə növbəyə yazılmadan qəbul edilirlər.
Qəbul günləri qeyri-iş günlərinə təsadüf etdikdə qəbul növbəti iş gününə keçirilir.
Qəbulla bağlı əlaqə vasitələri:
- Rəhbər şəxslərin vətəndaş qəbulu üçün (012) 493-43-98 telefon nömrəsi;
- Vətəndaşlar tərəfindən göndərilən müraciətlər və digər sorğular üçün (012) 493-30-02 telefon nömrəsi;
- Dövlət orqanları və digər təşkilatlar tərəfindən daxil olan müraciətlər üçün (012) 493-74-24 telefon nömrəsi;
- Onlayn qeydiyyat üçün my.culture.az
- E-müraciət üçün: info@culture.gov.az