Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
719

Azərbaycan Kinosu Günü ilə bağlı “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olan filmlər nümayiş edilib

Avqustun 2-də Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Azərbaycan Kinosu Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan filmlərin Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda açıq kino nümayişi təşkil olunub.

Əvvəlcə mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə açıq havada milli kinomuza aid olan müxtəlif kadrlardan ibarət fotostendlərə, həmçinin keçmiş dövrlərdə Azərbaycan kinosunda istifadə olunan müxtəlif film avadanlıqlarına baxış keçirilib.

Azərbaycan kino tarixinin illər ərzində şərəfli və şanlı yol keçməsindən danışan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib: “Azərbaycan kino tarixini üç yerə bölmək olar. İkin mərhələ 1898-ci ildən başlayaraq 1930-cu illərin ortalarına qədər Azərbaycan kinosunun səssiz dövrüdür. Sovet dövrü çərçivəsində Azərbaycan kinosu 1920-ci ildən 1991-ci ilə qədər fəaliyyət göstərib. Həmin dövrdə Azərbaycan kinosunda ilk səsli film çəkilib. Həmin dövrdə, eyni zamanda, Azərbaycanın ilk rəngli filmi çəkilib. Nəhayət 1991-ci ildən başlayaraq Azərbaycanın müstəqil kinosunun fəaliyyəti başlayıb. Bu illər ərzində Azərbaycan kinosu çox böyük nailiyyətlərə imza ata bilib. Bizim filmlər bir çox beynəlxalq festivallarda mükafatlar qazanıb. Bu gün də bizim istedadlı gənclər çox uğurlu layihələrə imza atırlar.

Azərbaycan kino sənətinə aid olan, həmçinin bütün kinosevərləri Milli Kino Günü münasibətilə təbrik edən mədəniyyət naziri Anar Kərimov kinomuzun uğurlu tarixindən danışıb: “Mədəniyyət Nazirliyi iki ildir ki, Milli Kino Gününün qeyd olunması çərçivəsində açıq məkanda kinoların təqdimat mərasimini keçirir və belə təqdimatla yanaşı bu əlamətdar günü birlikdə qeyd edirik. Cəmiyyətin inkişafında kinonun çox böyük rolu var. İnkişaf etmiş cəmiyyətlərin mədəniyyətlərinə nəzər yetirsək aydın şəkildə görərik ki, kino orada çox böyük yerdə durur. Biz milli kinomuzun tarixinə baxsaq, bu 124 ilin əbəs yerə keçmədiyini görərik. Bu da xalqımızın kino sənətinə olan sevgisi və bağlılığının bir nişanəsidir. Bu, ən əsas mütərəqqi dəyərlərə və inkişafa olan meylin göstəricisidir. Tədbirdən öncə burada təşkil olunmuş sərgiyə baxdıqda milli kinomuzun nə qədər zəngin ənənələrə və mütərəqqi nailiyyətlərlə sahib olmasını aydın görmək olur. Azərbaycanın ilk rəngli filmi olan “O olmasın, bu olsun” filmi texniki keyfiyyətlərinə görə dünyada ilk çəkilən rəngli filmlər sırasında üçüncü film kimi öz yerini tuta bilib. Bunun özü qürurverici nailiyyətdir”.

Azərbaycan dövlətinin milli kinomuza olan diqqətindən danışan nazir sovet dövründən kinomuzun ümumilikdə inkişafına ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının olduğunu, eləcə də bu ənənənin Prezident İlham Əliyev tərəfindən bu gün davam etdirildiyini vurğulayıb: “Kinomuzun ən parlaq səhifələrindən biri də Prezident İlham Əliyev tərəfindən Kino Agentliyinin yaradılması təşəbbüsüdür. Əminliklə demək olar ki, fəaliyyətə başlayacaq Kino Agentliyi Azərbaycan milli kinosunun inkişafına və onun dünya arenasına uğurla çıxarılmasına öz töhfəsini verəcək”.

Daha sonra mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak etdiyi tədbirdə “Arxa cəbhə” (rejissor Gülay Babayeva), “Böyük qırmızı ev” (rejissor Leylaxanım Qənbərli), “Hasar” (rejissor Qulu Əsgərov) filmlərinin, eləcə də Daşkənd Beynəlxalq Film Festivalının mükafatçısı olmuş “İki yol” (rejissor Səddam Mehtiyev, Murad Hüseynov) və “Orizuru” (rejissor Nihad J., Elgün Quliyev) qısametrajlı filmlərinin, "Tarix" (rejissor Ceyhun Türksoy) animasiya filminin “Gənc Azərbaycan Kinosu Proqramı” çərçivəsində nümayişi keçirilib.

XƏBƏRLƏR

06.10.2022 16:19
Yaradıcı İqtisadiyyat üzrə III Ümumdünya Konfransı keçirilir
06.10.2022 10:30
“İrəvan necə varsa: keçmişdən bu günə” kitabının təqdimatı keçirildi
06.10.2022 10:19
İlber Ortaylının "Azerbaycan ve Kadim şehirleri" adlı kitabının təqdimat mərasimi keçirildi
06.10.2022 09:53
Qənirə Paşayevanın “Tarixə adını yazan qadınlar” üçcildliyinin imza mərasimi keçirildi
06.10.2022 09:44
Nazir Anar Kərimov Türkiyənin mədəniyyət və turizm nazirinin müavini ilə görüşüb
05.10.2022 18:41
Mədəniyyət naziri Anar Kərimov BDU və ADMİU 2021-2022-ci il kitabxanaçılıq üzrə məzunlarını işlə təmin edib
05.10.2022 18:19
Nazir Anar Kərimovun Afrika ölkələrindən olan UNESCO üzrə milli komissiyaların baş katibləri və nümayəndələri ilə görüşü keçirilib
05.10.2022 18:03
VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirildi
05.10.2022 16:17
“Muzeyi peşəkardan öyrənək” adlı layihə Biləsuvarda təşkil olundu
05.10.2022 16:13
Türkiyədə “Şuşa İli” çərçivəsində konsert keçirilib
05.10.2022 13:56
Beynəlxalq Kompendium Assosiasiyası çərçivəsində növbəti məruzə hazırlanıb
05.10.2022 09:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olublar
04.10.2022 16:26
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Natəvan” operası nümayiş olunub
04.10.2022 14:16
“Silahın mistik gözəlliyi” adlı kataloqun təqdimat mərasimi keçirildi
04.10.2022 13:15
VIII Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunan mətbuat konfransı keçirildi
03.10.2022 16:40
Azərbaycan incəsənət nümayəndələri Türkiyədə keçirilən IV Dünya Köçəri Oyunları Festivalında iştirak edib
03.10.2022 15:19
Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.10.2022 12:20
“Şuşa mədəniyyətinin inciləri”: Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi
03.10.2022 10:51
Mədəniyyət Nazirliyi kommunikasiya menecerləri komandasını ictimaiyyətə təqdim edir
03.10.2022 09:20
Nazir A.Kərimovun çıxışı, habelə bir sıra ikitərəfli görüşləri və eksklüziv müsahibələri Meksika mətbuatında və bir sıra kütləvi informasiya vasitələrində geniş yayılmışdır
03.10.2022 09:17
“MondiaCult2022” konfransı çərçivəsində nazir Anar Kərimov bir sıra mötəbər görüşlər keçirib
30.09.2022 16:47
“Şuşa söhbətləri”də şanlı Zəfərimizə və mədəniyyət paytaxtımıza həsr olunan ekran əsərlərindən söz açıldı
30.09.2022 15:26
Beynəlxalq konfrans çərçivəsində nazir Anar Kərimov bir sıra ikitərəfli görüşlər keçirib
30.09.2022 12:39
"Mondiacult 2022" konfransı çərçivəsində nazir Anar Kərimov "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusuna həsr olunmuş sessiyada çıxış edib
29.09.2022 14:55
Tanınmış rəssam Lətafət Məmmədovanın "Rənglərin sirri" adlı fərdi sərgisi açıldı
29.09.2022 13:08
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
29.09.2022 10:41
Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı ("Mondiacult 2022") öz işinə başlayıb
28.09.2022 08:52
“Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərgi təşkil edildi
27.09.2022 16:57
Mədəniyyət Nazirliyinin əməkdaşları şəhidlərimizin xatirəsini yad ediblər
26.09.2022 11:34
“Lənkəran şəhərinin mədəni inkişaf strategiyası” Avropa İttifaqı tərəfindən qalib seçilib
26.09.2022 10:32
Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı