Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
262

“Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarının tarixi irsinin qorunması və şəhərsalma inkişafı” müzakirə olunub

İyunun 29-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə “Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarının tarixi irsinin qorunması və şəhərsalma inkişafı” adlı plenumu keçirilib.

Plenumda Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, eləcə də memarlar, ekspertlər iştirak edib.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

İştirakçılar Ağstafa rayon Heydər Əliyev Mərkəzinin foyesində “Müasir Azərbaycan memarlığı” adlı sərgi ilə tanış olublar.

Sonra mərkəzin akt zalında tədbirin rəsmi hissəsi başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə ölkəmizdə tarixi abidələrə, eləcə də müasir memarlığın inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, bu gün ölkəmizin hər yerində tarixi abidələr bərpa-konservasiya edilir, yeni-yeni parklar açılır, binalar tikilir. Vurğulayıb ki, bu sahədə memarlarımız öz sözünü deməkdədir.

Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun şəhərsalma ənənələrindən söz açıb. Qeyd edib ki, rayonda aparılan tikinti işləri zamanı milli memarlıq elementlərinin istifadəsinə xüsusi diqqət yetirilir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova tarixi abidələrin yerlərdə dayanıqlı inkişafa təkan verməsi üçün daha səmərəli istifadə olunmasının vacibliyini qeyd edib. Bildirib ki, bu məsələdə dövlət, bələdiyyələr, həm də ayrı-ayrı maraqlı şəxslər sıx əlaqədə işləməlidirlər.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli regionda yerləşən tarixi abidələr haqqında ətraflı məlumat verib. Bildirib ki, bu regionda 9 rayon və iki şəhər üzrə dövlət tərəfindən qorunan daşınmaz-tarix mədəniyyət abidələrinin reyestrində 783 tarix-mədəniyyət abidəsi mövcuddur. Onlardan 405-i memarlıq, 346-ı arxeoloji, 24-ü bağ-park, monumental və xatirə abidələri və 8-i dekorativ-tətbiqi sənət nümunələridir.

Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mədəni irsimizin qorunması, bərpası-konservasiyası, eləcə də idarə olunmasında səmərəliliyin artırılması istiqamətində imzalanan fərman və sərəncamlar bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Raihə Amənzadə məruzələrlə çıxış ediblər. Məruzələrdə Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında mövcud olan tarix-mədəniyyət abidələrinin qorunması, bərpa olunma xüsusiyyətləri, eləcə də müasir şəhərsalma tendensiyalarının inkişafı məsələlərindən danışıblar.

Sonda plenumun qətnaməsi səsə qoyularaq qəbul olunub.

Tədbir iştirakçıları daha sonra “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə tanış olublar.

XƏBƏRLƏR

12.08.2022 17:50
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Azərpaşa Nemətovla görüşüb
11.08.2022 16:51
"Qonağımız var" layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Anar ilə görüş keçirilib
10.08.2022 17:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
10.08.2022 17:01
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə keçirilmiş test imtahanının nəticələri açıqlanıb
08.08.2022 11:43
“Şuşa mədəniyyətinin inciləri”: Şəmsi Bədəlbəyli
03.08.2022 18:28
Mədəniyyət naziri Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşüb
03.08.2022 16:49
Qobustan qoruğu haqqında sənədli film və kataloqun təqdimatı keçirildi
03.08.2022 12:45
Azərbaycan Kinosu Günü ilə bağlı “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olan filmlər nümayiş edilib
02.08.2022 11:03
Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyev ilə görüşdü
01.08.2022 17:31
II Milli Yaylaq Festivalına 120 mindən artıq iştirakçı qatılıb
01.08.2022 13:40
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci ilin birinci yarısında fəaliyyətinə dair hesabat
01.08.2022 12:40
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçiriləcək
01.08.2022 12:05
“Muzeyi peşəkardan öyrənək” layihəsi çərçivəsində Sumqayıtda tədbir keçirilib
01.08.2022 11:04
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub
28.07.2022 18:56
Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
27.07.2022 14:33
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi Londonda "CNN" telekanalının qonağı olub
27.07.2022 09:27
Reza Deqatinin 70 illik yubileyi qeyd edilib
26.07.2022 13:10
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalı keçirilir
25.07.2022 10:40
“Şuşa mədəniyyətinin inciləri”: Vasif Adıgözəlov
22.07.2022 18:16
Anar Kərimov İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarının mədəniyyət işçiləri ilə görüş keçirib
22.07.2022 16:16
Nazir Anar Kərimov İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 12:00
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
22.07.2022 11:18
Nazir Anar Kərimov Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 10:38
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Bəxtiyar Xanızadə ilə görüşüb
21.07.2022 12:37
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
20.07.2022 15:02
“Şuşanın irsi” və “Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn bir ölkədir” adlı kitablar dünya kitabxanalarına göndərilib
19.07.2022 17:46
Mədəniyyət naziri media nümayəndələri ilə görüşdü
19.07.2022 16:52
Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib