Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
689

"Kommunikasiya meneceri” layihəsi üzrə ADA Universitetində təlimlər davam edir

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində ADA Universitetində təlimlər keçirilir.

Təlim kursu “Ənənəvi və sosial media ilə işləmək bacarıqları” mövzusunda davam edib. Təlim ADA Universiteti İctimai və Beynəlxalq Münasibətlər Məktəbində Kommunikasiya və rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyeva tərəfindən aparılıb.

Şəfəq Mehrəliyevanın təqdimatında “Kommunikasiya planının qurulması” mövzusuna həsr olunan təlim praktiki tapşırıqların qrup işi formasında yerinə yetirilməsi, birgə müzakirələr, keys araşdırmaları və fikir mübadiləsi ilə aparılıb.

Həmin gün təlimə spiker kimi dəvət olunan “Trend” informasiya agentliyi mədəniyyət departamentinin rəhbəri Vüqar İmanov, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının müxbiri, yazıçı-dramaturq Ülviyyə Heydərova və tanınmış televiziya aparıcısı, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Ceyhun Əli iştirakçılarla öz təcrübələrini bölüşüblər.

Ülviyyə Heydərova mədəniyyət sahəsinin işıqlandırılmasının məsuliyyətli tərəfləri, mədəni və mənəvi irsin təbliğində ictimaiyyətin maariflənməsinin vacibliyini vurğulayıb. Vüqar İmanov rəsmi tədbirlər zamanı kadrlarla işləmək, məlumatın düzgün ötürülməsi, media ilə əlaqə və ünsiyyətin operativliyi mövzusunda danışıb. Ceyhun Əli auditoriya qarşısında çıxış, dil və üslub, nitqin psixoloji tərəfləri barədə fikirlərini bölüşüb.

Spikerlər daha sonra iştirakçıların suallarını cavablandırıblar və təlim müzakirələrlə davam edib.

Günün sonunda iştirakçılara ADA Universitetinin layihəsi əsasında çap olunan ilk dərsliyimiz – görkəmli maarifçilər Aleksey Osipoviç Çernyayevski və Səfərəli bəy Vəlibəyovun “Vətən dili” kitabı hədiyyə edilib.

Qeyd edək ki, ADA Universitetində "Kommunikasiya meneceri” layihəsi üzrə təlimlər universitetin ixtisasartırma proqramlarının təlimat cədvəlinə uyğun olaraq gerçəkləşir.

XƏBƏRLƏR

03.08.2022 18:28
Mədəniyyət naziri Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşüb
03.08.2022 16:49
Qobustan qoruğu haqqında sənədli film və kataloqun təqdimatı keçirildi
03.08.2022 12:45
Azərbaycan Kinosu Günü ilə bağlı “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olan filmlər nümayiş edilib
02.08.2022 11:03
Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyev ilə görüşdü
01.08.2022 17:31
II Milli Yaylaq Festivalına 120 mindən artıq iştirakçı qatılıb
01.08.2022 13:40
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci ilin birinci yarısında fəaliyyətinə dair hesabat
01.08.2022 12:40
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçiriləcək
01.08.2022 12:05
“Muzeyi peşəkardan öyrənək” layihəsi çərçivəsində Sumqayıtda tədbir keçirilib
01.08.2022 11:04
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub
28.07.2022 18:56
Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
27.07.2022 14:33
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi Londonda "CNN" telekanalının qonağı olub
27.07.2022 09:27
Reza Deqatinin 70 illik yubileyi qeyd edilib
26.07.2022 13:10
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalı keçirilir
25.07.2022 10:40
“Şuşa mədəniyyətinin inciləri”: Vasif Adıgözəlov
22.07.2022 18:16
Anar Kərimov İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarının mədəniyyət işçiləri ilə görüş keçirib
22.07.2022 16:16
Nazir Anar Kərimov İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 12:00
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
22.07.2022 11:18
Nazir Anar Kərimov Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 10:38
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Bəxtiyar Xanızadə ilə görüşüb
21.07.2022 12:37
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
20.07.2022 15:02
“Şuşanın irsi” və “Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn bir ölkədir” adlı kitablar dünya kitabxanalarına göndərilib
19.07.2022 17:46
Mədəniyyət naziri media nümayəndələri ilə görüşdü
19.07.2022 16:52
Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib
18.07.2022 12:47
“Şuşa mədəniyyətinin inciləri”: Saatlı məscidi
18.07.2022 11:02
UNESCO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" 2005-ci il Konvensiyası mövzusunda təlim kursu başa çatmışdır
14.07.2022 20:15
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.07.2022 17:04
UNESCO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" 2005-ci il Konvensiyası mövzusunda təlim kursuna start verildi
14.07.2022 16:02
Şuşada Vaqif Poeziya Günləri başlayıb
14.07.2022 14:46
Çingiz Fərzəliyev Özbəkistan Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib
14.07.2022 11:01
Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı başa çatıb