Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
494

Anar Kərimov İran İslam Respublikasında rəsmi səfərdədir

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdədir. Səfər zamanı A.Kərimov İranın mədəniyyət və islam irşadı naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb. 

Görüş zamanı mədəniyyət naziri Mehdi İsmailiyə dəvətə görə təşəkkürünü bildirib. Bu səfərin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasınının 30 illiyinə təsadüf etdiyini vurğulayıb. Dövlətlərimiz, xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində iki ölkə arasında mədəni əməkdaşlığın uğurlu inkişafının verə biləcəyi töhfədən söz açılıb.

Tərəflər görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin əməkdaşlığının davam  etdirilməsi üçün potensialın olduğunu və mədəni mübadilə proqramının layihəsi üzərində işlərin davam etdiyini bildiriblər.  Eləcə də Anar Kərimov bu sənədin imzalanması üçün Məhəmməd Mehdi İsmailini Bakıya dəvət edib.
İranın mədəniyyət və islam irşadı naziri öz növbəsində ədəbiyyat sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu və kino, musiqi festivallarının keçirilməsi, qarşılıqlı mədəniyyət həftələrinin təşkilinin, heykəltəraşlıq, rəssamlıq sahəsində təcrübə  mübadilə proqramlarının gerçəkləşdirilməsinin vacibliyini bildirib.
A. Kərimov Tehranda Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının qarşılıqlı mədəni əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyini deyib.
Həmçinin işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma və bərpa işlərinin sürətlə getdiyini, islam dininin tarixi torpaqlarımıza- Qarabağa qayıdışının  davam etdiyi bildirib. 

Eləcə də Şuşanın İslam dünyası üçün simvolik əhəmiyyətindən bəhs olunub.
Görüş tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi ilə davam edib. Daha sonra nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib. 

***

Anar Kərimov İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi İmanipur ilə görüşüb.Görüş zamanı iki ölkə arasında iqtisadi, siyasi əməkdaşlığın,  mədəniyyət sahəsində olan münasibətlərin inkiafının sürətlə irəlilədiyindən bəhs olunub. Eyni zamanda İranla  Azərbaycan arasında kino, kitab sahəsində sıx  əməkdaşlığın   önəmindən danışılıb. UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində birgə görülən işlərin əhəmiyyəti vurğulanıb.

İmanipur bildirib ki, İran Bakı və Tehran arasında qardaşlıq münasibətinin möhkəmləndirilməsində maraqlıdır. Həmçinin  mədəniyyət paytaxtımız Şuşanın İran İslam Respublikasının şəhərlərindən biri ilə qardaşlaşması təklif edilib. Bununla yanaşı, iki ölkənin müxtəlif şəhərləri arasında qarşılıqlı mədəni tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.

A.Kərimov Tehranda  Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına xidmət edəcəyini bildirib. Nazir, Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad olunan torpaqlarımızda yenidənqurma və bərpa işlərinin sürətlə getdiyini vurğulayıb.  İşğal dövründə Qarabağın islam irsinə böyük ziyan dəydiyini, dini məbədlərimizin təhqir olunduğunu da dilə gətirib. Hazırda  əzəli islam torpağı olan Qarabağımıza mədəniyyətin geri qayıtdığını deyib.

Görüşdə bir sıra digər mühüm məsələlər də müzakirə olunub.

XƏBƏRLƏR

12.08.2022 17:50
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Azərpaşa Nemətovla görüşüb
11.08.2022 16:51
"Qonağımız var" layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Anar ilə görüş keçirilib
10.08.2022 17:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
10.08.2022 17:01
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə keçirilmiş test imtahanının nəticələri açıqlanıb
08.08.2022 11:43
“Şuşa mədəniyyətinin inciləri”: Şəmsi Bədəlbəyli
03.08.2022 18:28
Mədəniyyət naziri Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşüb
03.08.2022 16:49
Qobustan qoruğu haqqında sənədli film və kataloqun təqdimatı keçirildi
03.08.2022 12:45
Azərbaycan Kinosu Günü ilə bağlı “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olan filmlər nümayiş edilib
02.08.2022 11:03
Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyev ilə görüşdü
01.08.2022 17:31
II Milli Yaylaq Festivalına 120 mindən artıq iştirakçı qatılıb
01.08.2022 13:40
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci ilin birinci yarısında fəaliyyətinə dair hesabat
01.08.2022 12:40
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçiriləcək
01.08.2022 12:05
“Muzeyi peşəkardan öyrənək” layihəsi çərçivəsində Sumqayıtda tədbir keçirilib
01.08.2022 11:04
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub
28.07.2022 18:56
Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
27.07.2022 14:33
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi Londonda "CNN" telekanalının qonağı olub
27.07.2022 09:27
Reza Deqatinin 70 illik yubileyi qeyd edilib
26.07.2022 13:10
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalı keçirilir
25.07.2022 10:40
“Şuşa mədəniyyətinin inciləri”: Vasif Adıgözəlov
22.07.2022 18:16
Anar Kərimov İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarının mədəniyyət işçiləri ilə görüş keçirib
22.07.2022 16:16
Nazir Anar Kərimov İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 12:00
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
22.07.2022 11:18
Nazir Anar Kərimov Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 10:38
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Bəxtiyar Xanızadə ilə görüşüb
21.07.2022 12:37
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
20.07.2022 15:02
“Şuşanın irsi” və “Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn bir ölkədir” adlı kitablar dünya kitabxanalarına göndərilib
19.07.2022 17:46
Mədəniyyət naziri media nümayəndələri ilə görüşdü
19.07.2022 16:52
Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib