Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
281

“Min bir gecə” 2 pərdəli balet Gəncədə nümayiş olunub

20 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə Gəncə Dövlət Filarmoniyasında Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş “Min bir gecə” 2 pərdəli balet nümayiş etdirilib.
Tamaşada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, millət vəkili Müşfiq Cəfərov, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Zeki Öztürk, mədəniyyət işçiləri, şəhər ziyalıları və sakinləri iştirak edib.
Fikrət Əmirovun “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanmış 2 pərdəli baletin Libretto müəllifləri Əməkdar İncəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı Nailə Nəzirova, Maqsud və Rüstəm İbrahimbəyovlar, truppanın bədii rəhbəri, Xalq artisti, “Zirvə”, “Qızıl Dərviş” və “Humay” mükafatları laureatı Kamilla Hüseynova, quruluşçu rəssam, Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov, geyim üzrə rəssam, Xalq artisti Tahir Tahirov, tamaşanı idarə edir Əməkdar artist Yuri Lobaçev.

Tamaşada əsas partiyaları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Nigar İbrahimova (Şəhrizad) və Cəmilə Kərimova (Nuridə) ifa edib. Digər rollarda isə balet truppasının aparıcı solistləri Seymur Qədiyev (Nuridənin sevimli qulu), Ayan Eyvazova (Gözəl Budur), Timur Oduşev (Ələddin), İslam Məmmədov (Quldurbaşı), Dinara Şirinova (Qız), Liana Mirabdullayeva (Mərcanə), İntiqam Məmmədov (Rux quşu) və başqaları çıxış edib.

XƏBƏRLƏR

12.08.2022 17:50
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Azərpaşa Nemətovla görüşüb
11.08.2022 16:51
"Qonağımız var" layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Anar ilə görüş keçirilib
10.08.2022 17:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
10.08.2022 17:01
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə keçirilmiş test imtahanının nəticələri açıqlanıb
08.08.2022 11:43
“Şuşa mədəniyyətinin inciləri”: Şəmsi Bədəlbəyli
03.08.2022 18:28
Mədəniyyət naziri Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşüb
03.08.2022 16:49
Qobustan qoruğu haqqında sənədli film və kataloqun təqdimatı keçirildi
03.08.2022 12:45
Azərbaycan Kinosu Günü ilə bağlı “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olan filmlər nümayiş edilib
02.08.2022 11:03
Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyev ilə görüşdü
01.08.2022 17:31
II Milli Yaylaq Festivalına 120 mindən artıq iştirakçı qatılıb
01.08.2022 13:40
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci ilin birinci yarısında fəaliyyətinə dair hesabat
01.08.2022 12:40
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçiriləcək
01.08.2022 12:05
“Muzeyi peşəkardan öyrənək” layihəsi çərçivəsində Sumqayıtda tədbir keçirilib
01.08.2022 11:04
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub
28.07.2022 18:56
Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
27.07.2022 14:33
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi Londonda "CNN" telekanalının qonağı olub
27.07.2022 09:27
Reza Deqatinin 70 illik yubileyi qeyd edilib
26.07.2022 13:10
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalı keçirilir
25.07.2022 10:40
“Şuşa mədəniyyətinin inciləri”: Vasif Adıgözəlov
22.07.2022 18:16
Anar Kərimov İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarının mədəniyyət işçiləri ilə görüş keçirib
22.07.2022 16:16
Nazir Anar Kərimov İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 12:00
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
22.07.2022 11:18
Nazir Anar Kərimov Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 10:38
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Bəxtiyar Xanızadə ilə görüşüb
21.07.2022 12:37
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
20.07.2022 15:02
“Şuşanın irsi” və “Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn bir ölkədir” adlı kitablar dünya kitabxanalarına göndərilib
19.07.2022 17:46
Mədəniyyət naziri media nümayəndələri ilə görüşdü
19.07.2022 16:52
Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib