Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1033

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə elan edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi  məqsədilə Nazirliyin 2022-ci il 20 aprel tarixli 119-f nömrəli əmri ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları” (bundan sonra Qaydalar) təsdiq edilmişdir.

Qaydalara əsasən, məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Test imtahanı 7 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında 18 iyul 2022-ci il saat 09:00-dan 28 iyul 2022-ci il saat 17:00-dək həyata keçiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola bilərlər.

https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan

Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.

Namizədlər müsahibə mərhələsi ilə bağlı ətraflı məlumatı Qaydalardan (http://culture.gov.az/az/umumi-xeberler/14275) əldə edə bilərlər.

Müsahibə mərhələsi üzrə proqramla aşağıda qeyd olunan link vasitəsilə tanış olmaq olar:

Müsahibə proqramı

XƏBƏRLƏR

12.08.2022 17:50
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Azərpaşa Nemətovla görüşüb
11.08.2022 16:51
"Qonağımız var" layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Anar ilə görüş keçirilib
10.08.2022 17:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
10.08.2022 17:01
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə keçirilmiş test imtahanının nəticələri açıqlanıb
08.08.2022 11:43
“Şuşa mədəniyyətinin inciləri”: Şəmsi Bədəlbəyli
03.08.2022 18:28
Mədəniyyət naziri Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşüb
03.08.2022 16:49
Qobustan qoruğu haqqında sənədli film və kataloqun təqdimatı keçirildi
03.08.2022 12:45
Azərbaycan Kinosu Günü ilə bağlı “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olan filmlər nümayiş edilib
02.08.2022 11:03
Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyev ilə görüşdü
01.08.2022 17:31
II Milli Yaylaq Festivalına 120 mindən artıq iştirakçı qatılıb
01.08.2022 13:40
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci ilin birinci yarısında fəaliyyətinə dair hesabat
01.08.2022 12:40
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçiriləcək
01.08.2022 12:05
“Muzeyi peşəkardan öyrənək” layihəsi çərçivəsində Sumqayıtda tədbir keçirilib
01.08.2022 11:04
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub
28.07.2022 18:56
Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
27.07.2022 14:33
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi Londonda "CNN" telekanalının qonağı olub
27.07.2022 09:27
Reza Deqatinin 70 illik yubileyi qeyd edilib
26.07.2022 13:10
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalı keçirilir
25.07.2022 10:40
“Şuşa mədəniyyətinin inciləri”: Vasif Adıgözəlov
22.07.2022 18:16
Anar Kərimov İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarının mədəniyyət işçiləri ilə görüş keçirib
22.07.2022 16:16
Nazir Anar Kərimov İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 12:00
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
22.07.2022 11:18
Nazir Anar Kərimov Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 10:38
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Bəxtiyar Xanızadə ilə görüşüb
21.07.2022 12:37
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
20.07.2022 15:02
“Şuşanın irsi” və “Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn bir ölkədir” adlı kitablar dünya kitabxanalarına göndərilib
19.07.2022 17:46
Mədəniyyət naziri media nümayəndələri ilə görüşdü
19.07.2022 16:52
Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib