Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
624

Mingəçevir Dövlət Dram Teatrında təyinat

Mədəniyyət naziri Anar Kərimovun 18 noyabr 2022-ci il tarixli əmri ilə Əməkdar artist Həsənli İntiqam Soltan oğlu Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.

İntiqam Soltan 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatr sənəti fakültəsində təhsil alıb, 1990-1995-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 1995-2002-ci illərdə Gənclər Teatrında aktyor, 2002-ci ildən bu günə qədər Bakı Uşaq və Gənclər Teatrında direktor-bədii rəhbər vəzifəsində çalışıb. 100-dən çox tamaşanın rejissorudur. Bir çox beynəlxalq festivalda iştirak edib. Onun 1990-cı ildə yaratdığı "Körpəm" Eksperimental Uşaq Teatrı ölkəmizdə ilk peşəkar uşaq teatrı və azyaşlılara teatr sənətini öyrədən ilk müəllif məktəbi olub. Bir çox teatrla bağlı layihələrin müəllifidir. Teatr sahəsindəki uğurlu fəaliyyətinə görə 2016-cı ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Kristal Çinar" mükafatına layiq görülüb. Üç kitabın müəllifidir. 

2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" adı ilə təltif olunub. 

2018-ci ilin mayında isə teatr sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının "Əməkdar artisti" fəxri adına layiq görülüb.

2018-ci ildən Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətilə məşğuldur.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib