Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2565

Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi

2019-cu il 4 oktyabr ayının 4-də saat 19:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi keçiriləcəkdir. Nümayiş olunacaq əsərlərin əksəriyyəti son iki il ərzində ərsəyə gəlmiş və caz musiqisinə həsr olunmuşdur. Müəllifin ifaçı və bəstəkarlardan tutmuş şlyagerlərin portretlərinə qədər, bədii dillə bizə çatdırdığı bütün yaradıcılıq nümunələrində musiqi mövzusu xüsusi yer tutur. Musiqiyə xas olan duyğuları sənətkar rəng və cizgilərin dili ilə mükəmməl ifadə edir.

Onun 2016-cı ildə Bakıda Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən fərdi sərgisinə gələn qonaqlara milli və xarici cazmenlərin portretləri, onlardan - Emma Fidcerald, Lui Armstrong, Rafiq Babayev, Pərviz Rüstəmbəyov, Vaqif Mustafazadə, İsfar Sarabski, Rain Sultanov, Şahin Növrəsli və b., həmçinin caz musiqisinə həsr olunmuş kompozisiyaları təqdim olunmuşdu.

Sərginin ideyası həmin festivalın davamı olaraq yarandığına görə ekspozisiyanın “ürəyi” olan caz musiqisinin yerli və xaricdən olan 30-dan çox korifeyinə həsr olunmuş əsərlərdən ibarətdir. Vaqif və Əzizə Mustafazadələr, Ennio Morrikone, Henri Mancini, maestro Niyazi, Nina Simon, BB Kinq, Natiq Şirinov, Dilarə Kazımova və başqaları bu sırada yer alır.

Hazırki və əvvəlki sərginin konsepsiyası vəhdət şəklində birləşərək özündə geniş caz obrazlarının qalereyasını əks etdirir və dünyaca məhşur musiqi janrına Azərbaycanın verdiyi töhvələri nümayiş etdirir.

Həmin mövzu bu sərgidə Azərbaycan folklor musiqisinə həsr olunmuş bəzi işlərlə səsləşir. Vüqar Əlinin bahar təravətli çiçək açmış gənc gözəllərə həsr etdiyi əsərlərinin bir hissəsini  tamaşaçılara nümayiş etdirdi.

Qalereyada rəssamın yaradıcılığının erkən dövrünə aid digər silsilələrindən olan əsərləri də nümayiş olunmuşdur. Bunlardan biri kristaloqrafiya bilikləri əsasında yaradılmışdır. O, bu əsəri tanınmış mineralogiya üzrə mütəxəssis, akademik Xudu Məmmədovun rəhbərliyi altında bir neçə həvəskar entuziast rəssamla birgə yaratmışdır. Kristaloqrafiya işləri xalça ornamentlərini xatırladan riyazi kompozisiyası ilə fərqlənir.

Rəssamın digər silsiləsi öz adını mif qəhrəmanı olan nar pərisindən götürmüş Nargilədir. Bu sərgidə müəllifin nara həsr olunmuş bir çox əsərlərini görmək olar.

Əzim Əzimzadə adına kollecin, M.Əliyev adına İncəsənət İnstitutunun tələbəsi, Rəssamlar İttifaqının üzvü Vüqar Əli öz bədii maraq dairəsini rəssamlıqla məhdudlaşdırmır. O, 1990-cı illərdə teatr tərtibatı, qrafika və dizayn sahələrində fəal şəkildə çalışmışdır. Rəssam “Kainat” yaradıcılıq qrupunun yaradıcılarından biridir. O, jurnal və qəzetlərdə karikaturaçı kimi çalışmışdır.

Vüqar Əli Gənc Tamaşaçılar Teatrında baş rəssam vəzifəsində çalışmışdır. Həmçinin o, 8 il əsərləri daimi ekpozisiyada sərgiləndiyi Muzey Mərkəzində işləmişdir.

Muzey Mərkəzində çalışdığı müddətdə məhşur sərgi layihələri olan Bakı Beynəlxalq Müəllif Kuklaları Bienalesi, “Gözəllik nuru”, “Kofe rəngi” və bir sıra digər layihələrin dizaynını hazırlamışdır.

Son illərdə Vüqar Əli yaradıclıq fəaliyyəti ilə yanaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda pedaqoji fəaliyyət ilə də məşğul olur.

XƏBƏRLƏR

06.12.2023 14:43
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
06.12.2023 13:24
“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq
05.12.2023 09:43
Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb
04.12.2023 12:55
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
04.12.2023 10:23
Türk Dünyasının Yumor Festivalı keçirilib
01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunub
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub