18.06.2019 03:12
İyun ayının 14-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycanın Milli Qəhrəmanı Əli Məmmədova həsr olunmuş "Taleyin sınağında" sənədli filminin təqdimatı keçirilmişdir.
Mədəniyyət Nazirliyi və Polis Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev, Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, filmin ssenari müəllifi Rəfiqə Budaqlı və rejissoru Taleh İsmayılov çıxış etmişlər.
Qeyd edək ki, tamaşaçılar tərəfindən maraqla qarşılanan sözügedən film 2018-ci ildə dövlət sifarişi ilə "Salnaməfilm studiyası"nda istehsal edilib.
Tədbirdə Polis Akademiyasının müəllim və kursantları, həmçinin Milli Qəhrəman Əli Məmmədovun ailə üzvləri iştirak etmişlər.