Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
17160

Özbəkistanda Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər toplusu özbək dilində çap olundu

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və “Kaspi” təhsil şirkətinin birgə layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı Özbək dilinə tərcümə olunaraq Daşkənddə çap olunub.

Qeyd edək ki, Leyla xanım Əliyevanın şeirləri indiyə qədər “Kaspi” qəzeti və “Kaspi” təhsil şirkətinin “Azərbaycan ədəbiyyatını tanıdaq!” devizi altında həyata keçirdiyi layihələr çərçivəsində türk və fars dillərinə də tərcümə olunaraq İstanbul və Tehranda nəşr olunmuşdur.

“Dünya yuxutək əriyir...” şeirlər kitabının tərtibçisi - ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

Ön sözdə deyilir ki, gənc yaşlarından öz yaradıcılığı ilə həssas oxucu auditoriyasının diqqətini çəkən və məhəbbətini qazanan şairə Leyla xanım Əliyeva bir çox  şeir kitablarında qəlbinin incə notlarını kağız üzərinə köçürərək, insanlara təbiilik, sadəlik və humanistlik kimi ülvi hisslər aşılayır.

Tərtibçi qeyd edir ki, dünyanın adi gözlə görülməyən ilahi gözəlliklərinə vurğunluq həm şair, həm də rəssam olan Leyla xanımın əsərlərinin mayasını təşkil edir və bu əsərlərdə həqiqətən əsl həyat mənzərəsi canlandırılır.

Kitabda “ön söz”də vurğulanır ki, şairə Leyla xanım Əliyeva öz əsərlərində  yaşadığı mühitdə baş verən hadisələri, yaşanan ağrıları, həyatın işığını və qaranlığını, xeyirini və şərini, sevincini və kədərini,  yaxşılığı və pisliyi səmimi poeziyanın dili ilə oxucuya çatdırır.

Nəşrdə şairə Leyla Əliyevanın Özbək dilinə tərcümə olunmuş “Mənə güc ver Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim” “İnsanlar”, “Getmə”, “Bakı”, və s. çoxsaylı şeirləri  ilk dəfə olaraq Özbəkistan oxucularına öz ana dillərində təqdim olunur.

Qeyd olunur ki, Özbəkcə nəşr olunmuş “Dunyo tushdek erib bormoqda...” şeirlər toplusunda şairə Leyla Əliyevanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Elegiya” əsəri milyonlarla insanın qəlbini riqqətə gətirir. Bu şeirdə şairə ayrılıq, həsrət hissi ilə yanan incə qəlbinin çırpıntalırını dilə gətirir.

Kitabın tərtibçisi - ön sözün müəllifi Samir Abbasov qardaş ölkədə - Özbəkistanda
Leyla xanım Əliyevanın yaradıcılığına böyük maraq olduğunu yazır və nəşr olunan “Dünya yuxutək əriyir...” adlı kitabın ruhu, mədəniyyəti, adət-ənənələri, dini, dili ilə Azərbaycan xalqına yaxın olan Özbəkistan auditoriyası tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edir.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Daşkənddəki “Kamalak” nəşriyyatında çapdan çıxan kitabda şairənin ümumilikdə 45 şeiri özbək dilində işıq üzü görüb və kitabı Özbəkcəyə çevirən tərcüməçi, Özbək şairə Şahlo Qasımovadır.

XƏBƏRLƏR

03.10.2022 16:40
Azərbaycan incəsənət nümayəndələri Türkiyədə keçirilən IV Dünya Köçəri Oyunları Festivalında iştirak edib
03.10.2022 15:19
Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.10.2022 12:20
“Şuşa mədəniyyətinin inciləri”: Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi
03.10.2022 10:51
Mədəniyyət Nazirliyi kommunikasiya menecerləri komandasını ictimaiyyətə təqdim edir
03.10.2022 09:20
Nazir A.Kərimovun çıxışı, habelə bir sıra ikitərəfli görüşləri və eksklüziv müsahibələri Meksika mətbuatında və bir sıra kütləvi informasiya vasitələrində geniş yayılmışdır
03.10.2022 09:17
“MondiaCult2022” konfransı çərçivəsində nazir Anar Kərimov bir sıra mötəbər görüşlər keçirib
30.09.2022 16:47
“Şuşa söhbətləri”də şanlı Zəfərimizə və mədəniyyət paytaxtımıza həsr olunan ekran əsərlərindən söz açıldı
30.09.2022 15:26
Beynəlxalq konfrans çərçivəsində nazir Anar Kərimov bir sıra ikitərəfli görüşlər keçirib
30.09.2022 12:39
"Mondiacult 2022" konfransı çərçivəsində nazir Anar Kərimov "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusuna həsr olunmuş sessiyada çıxış edib
29.09.2022 14:55
Tanınmış rəssam Lətafət Məmmədovanın "Rənglərin sirri" adlı fərdi sərgisi açıldı
29.09.2022 13:08
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
29.09.2022 10:41
Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı ("Mondiacult 2022") öz işinə başlayıb
28.09.2022 08:52
“Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərgi təşkil edildi
27.09.2022 16:57
Mədəniyyət Nazirliyinin əməkdaşları şəhidlərimizin xatirəsini yad ediblər
26.09.2022 11:34
“Lənkəran şəhərinin mədəni inkişaf strategiyası” Avropa İttifaqı tərəfindən qalib seçilib
26.09.2022 10:32
Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.09.2022 20:31
Nazir Anar Kərimov Ağdaşda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.09.2022 19:38
“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimatı olub
23.09.2022 16:10
Azərbaycanda “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı uşaqlar üçün sərgi keçirilir
23.09.2022 15:07
Mədəniyyət naziri Ağdaşda vətəndaşlarla görüşüb
23.09.2022 11:06
VI “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayıb
22.09.2022 18:07
Mədəniyyət naziri Göyçayda müəssisələrə baxış keçirib, mədəniyyət işçiləri ilə görüşüb
22.09.2022 14:34
Nazir Anar Kərimov Göyçayda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.09.2022 11:01
Tanınmış mədəniyyət yazarı, mərhum jurnalist Tahir Abbaslının kitabının təqdimatı keçirilib
22.09.2022 10:13
8-ci Bakı Beynəlxalq Kitab Sərgisinə sayılı günlər qalır
21.09.2022 11:12
“Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans başa çatıb
21.09.2022 10:53
“Qarabağın tarixi” müsabiqəsi davam etdirilir
20.09.2022 18:03
“Yaradıcı iqtisadiyyata dəstək, maliyyəyə çıxış”
20.09.2022 16:12
Beynəlxalq elmi-praktik konfransda mədəni iqtisadiyyatın qlobal tendensiyaları müzakirə olunub
20.09.2022 15:26
“Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” beynəlxalq elmi-praktik konfransı Bakıda davam edir
19.09.2022 17:53
Beynəlxalq elmi-praktik konfransda məruzələr dinlənilib, dəyirmi masalar təşkil olunub
19.09.2022 16:09
Azərbaycan Milli Xalça Muzeyində “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılıb