Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1856

Nazir müavini Ədalət Vəliyev “Cinema Plus” və “Park Cinema” kinoteatr şəbəkələrinin rəhbərləri ilə görüşüb

24 avqust 2017-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev “Cinema Plus” kinoteatrlar şəbəkəsinin direktoru Zaur Darabzadə  və “Park Cinema” kinoteatr şəbəkəsinin satış və marketinq üzrə direktoru Musa Axundovla Nazirlikdə görüş keçirib.

Nazir müavini milli kinonun inkişafı istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışaraq, son illər ölkədə özəl kino sahəsindəki canlanmanı müsbət qiymətləndirmiş, tamaşaçıların kinoteatrlara marağının artmasında “Cinema Plus” və “Park Cinema” kinoteatr şəbəkələrinin xüsusi rolu olduğunu qeyd etmişdir.

Görüş zamanı kinoteatrlarda Azərbaycan filmlərinin nümayişi, xarici filmlərin Azərbaycan dilinə dublyaj edilərək nümayiş olunması, dublyaj səviyyəsinin yaxşılaşdırılması, kinoteatrlarda biletlərin satış qiymətləri,  sözügedən kinoteatr şəbəkələrinin Mədəniyyət və Turizm Nazirliyi ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Zaur Darabzadə və Musa Axundov rəhbərlik etdikləri kinoteatr şəbəkələrinin fəaliyyəti, gələcək planları və perspektivləri haqqında ətraflı məlumat verərək, görüşə görə nazir müavininə təşəkkürlərini bildirmişlər.

XƏBƏRLƏR

29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib