Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2851

Milli Xalça Muzeyində virtual tur yenilənib

Ölkəmizin mədəni həyatında önəmli yer tutan Azərbaycan Milli Xalça Muzeyi hər zaman öz fəaliyyətində sürətlə dəyişən və müasirləşən dünyanın tələblərini nəzərə alır. Belə ki, dekorativ-tətbiqi sənətin unikal nümunələrinin qorunub saxlanıldığı, nümayiş etdirildiyi Azərbaycan Milli Xalça Muzeyində 360 dərəcə virtual tur yenilənib.

Virtual tur vasitəsilə arzu edən hər kəsin Bakının ən orijinal və möhtəşəm memarlıq binasını bütünlüklə gəzmək, onun ayrı-ayrı mərtəbələrindəki eksponatları görmək imkanı var. Azərbaycan Milli Xalça Muzeyinə virtual tur etmək istəyən şəxslər bunun üçün telefon, planşet və ya kompüterdən istifadə edə bilər. Eyni zamanda, muzeyi dünyanın istənilən nöqtəsindən virtual reallıq eynəkləri vasitəsilə gəzmək mümkündür.

Qeyd edək ki, muzeyə 360 dərəcə virtual turda Azərbaycan və ingilis dillərində müfəssəl məlumat yer alır.

Bir sözlə, COVID-19 pandemiyası ilə əlaqədar yaranmış maneələrə baxmayaraq, hər zaman tamaşaçılarını düşünən Milli Xalça Muzeyi dünyanın istənilən nöqtəsində yaşayan insanlara daha yaxın və əlçatandır.

Azərbaycan Milli Xalça Muzeyinin yenilənmiş 360 dərəcə virtual turunu aşağıdakı linkdən izləmək mümkündür. http://www.azerbaijan360.az/what-to-see/museums/azerbaycan-milli-xalca-muzeyi/

XƏBƏRLƏR

05.02.2023 18:55
Görkəmli bəstəkar Qara Qarayevin doğum günündə məzarı ziyarət olundu
05.02.2023 14:30
Polad Bülbüloğlu ad gününü Akademik Musiqili Teatrının səhnəsində qeyd etdi
05.02.2023 13:40
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan IX “Gəncliyin səsi” festivalı keçirilib
03.02.2023 14:18
Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.02.2023 13:14
Rumıniya Prezidenti Klaus Yohannis Xalça Muzeyi ilə tanış olub
02.02.2023 09:22
Bu gün Azərbaycan Gəncləri Günüdür
01.02.2023 20:42
“Ölülər” tamaşası ilk dəfə Heydər Əliyev Mərkəzinin səhnəsində nümayiş olunacaq
01.02.2023 12:46
Gənclər Gününə həsr olunmuş xeyriyyə konserti keçiriləcək
30.01.2023 15:47
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti “Gəncliyin səsi” festivalı keçiriləcək
25.01.2023 10:37
“İslam incəsənəti” Biennalesində Azərbaycan pavilyonu təqdim olunur
24.01.2023 13:17
İlk fransızdilli azərbaycanlı yazıçı Ümmülbanu Banin
13.01.2023 12:45
Heydər Əliyev Mərkəzində Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq
13.01.2023 11:16
Fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
13.01.2023 10:11
Heydər Əliyev Mərkəzində Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq
09.01.2023 12:42
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi “Şuşa İli” ilə bağlı çoxsaylı layihələr həyata keçirib
29.12.2022 15:35
Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan sərgi açılıb
26.12.2022 17:54
Rumıniyada “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərgi açılıb
26.12.2022 17:00
“Mədəniyyət/Culture” jurnalının dördüncü sayı və “Xarıbülbül” xüsusi buraxılışı işıq üzü görüb
26.12.2022 16:03
Xalq rəssamı Arif Əzizin 80 illik yubiley sərgisi açılıb
26.12.2022 12:28
Rabatda ICESCO İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib
23.12.2022 17:55
Milli Kitabxanada Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
23.12.2022 16:49
Görkəmli tarzən Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib
23.12.2022 16:24
“Cəngi” estrada folklor ansamblının 30 illik yubileyi qeyd olunub
23.12.2022 15:29
"İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti təlim kursu keçirilib
23.12.2022 14:18
Qobustan Milli Tarix-Bədii Qoruğu beynəlxalq sərgidə təmsil olunacaq
23.12.2022 12:50
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Sərxan Sərxanın yaradıcılıq gecəsi təşkil olunub