Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4747

Mehdi Hüseynzadənin anım günü keçiriləcəkdir

“Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli Sərəncamının icrası məqsədi ilə Azərbaycan Respublikasının Müdafiə, Təhsil və Mədəniyyət nazirlikləri tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, 2018-ci il noyabr ayının 19-da, saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elmi-konfrans zalında əfsanəvi kəşfiyyatçı, leytenant, azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya Müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı və rəssam Mehdi Hənifə oğlu Hüseynzadənin (22 dekabr 1918, Novxanı, Bakı- 2 noyabr 1944, Vitovle, Sloveniya) anım günü keçiriləcəkdir.

Mehdi Hüseynzadə 1925-ci ildə o, yazıçı Süleyman Sani Axundovun direktoru olduğu 77 saylı natamam (7 illik) orta məktəbdə  (sonradan 19 saylı orta məktəb olmuşdur) oxumuşdur. Onun ilk müəllimi bəstəkar Səid Rüstəmov idi. 1932-ci ildə o, orta məktəbi bitirərək Bakı Rəssamlıq Məktəbinə daxil olmuşdur. Burada o, Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov, Mürsəl Nəcəfov ilə birlikdə təhsil almışdır. 1936-cı ildə Bakı Rəssamlıq Məktəbini bitirən Mehdi Hüseynzadə Suraxanıda ibtidai məktəblərdən birinə müəllim göndərilmişdir. Bununla yanaşı Abbas Səhhət adına kitabxanada oxu zalının rəhbəri olmuşdur. Mehdi İncəsənət Akademiyasına qəbul olunmaq üçün Leninqrada (indiki Sankt-Pterburq) getsə də, tale elə gətmişdir ki, qəbul imtahanını verə bilmədiyi üçün  Leninqrad Xarici Dillər İnstitutunda Fransız dili fakültəsinə daxil olmuşdur. Lakin poeziyaya və ədəbiyyata olan sevgisi ilə əlaqədar 1940-cı ildə  Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin ikinci kursuna köçürülmüşdür. 1941-ci ildə İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar həmin il avqust ayının 9-da sovet ordusunda xidmət etməyə başlamışdır. Döyüşlər zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir. 1944-cü ilin noyabrın 2-də gizli tapşırıqdan Çepovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində düşmənlə döyüşərək, qəhrəmancasına həlak olmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli əmri ilə ölümündən sonra Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Onun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir çox işlər görülmüşdur.

“İz” silsilə layihəsinin davamı olaraq, Mehdi Hüseynzadənin vaxtı ilə təhsil aldığı Bakı Rəssamlıq Məktəbinin bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyətini davam etdirdiyi nəzərə alınaraq onun 100 illiyinə həsr olunmuş anım mərasimin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil olunması rəmzi məna daşıyır. Tədbirin keçirilməsi ilə bağlı təşkilati işlər Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasıdır.
 

Anım mərasimində Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış Mehdi Hüseynzadənin həyat və fəaliyyətinə (xüsusən rəssamlıq fəaliyyətinə) həsr olunmuş xüsusi təqdimat (ADRQ-nın böyük elmi işçisi Vaqif Muğallı keçirəcək) keçiriləcək, Akademiyanın Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev M.Hüseynzadənin bədii yaradıcılığı, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov isə M.Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə aparılan işlər barədə məruzə ilə çıxış edəcəklər.


 

XƏBƏRLƏR

06.12.2023 14:43
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
06.12.2023 13:24
“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq
05.12.2023 09:43
Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb
04.12.2023 12:55
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
04.12.2023 10:23
Türk Dünyasının Yumor Festivalı keçirilib
01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunub
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub