Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
763

İlk Buktreyler Festivalının nəticələri açıqlandı

Aprelin 22-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən ilk Buktreyler Festivalının nəticələri açıqlandı.

Buktreyler Festivalının keçirilməsində əsas məqsəd kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Qaliblərin təqdimetmə mərasimində çıxış edən festivalın təsisçisi, kinoaktyor Ruslan Sabirli bildirdi ki, cəmiyyət üçün faydalı olan festival çox böyük maraqla qarşılandı. Festivala təqdim edilən işlərdən 21-i qəbul olunub və münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə kitaba, mütaliəyə marağın artırılması üçün həyata keçirilən layihələrdən danışdı. Son illər ölkəmizdə bu sahədə böyük işlərin görüldüyünü qeyd edərək, kitabxanaların yeni kitablarla təmin olunduğu, iş şəraitinin yaxşılaşdırıldığı, elektron kitabxana sisteminin yaradıldığını vurğuladı. Buktreyler festivalının keçirilməsindən danışaraq bildirdi ki, kinoaktyor Ruslan Sabirli tərəfindən irəli sürülən bu təşəbbüs böyük marağa səbəb olub. Belə təşəbbüslərin nazirlik tərəfindən daim dəstəkləndiyini söyləyən Vaqif Əliyev qeyd etdi ki, layihə gənclərdə kitaba marağın artmasına imkan verir. Layihəni yüksək qiymətləndirən nazir müavini vurğuladı ki, videoçarx vasitəsilə kitabın məzmunun qısa şəkildə tamaşaçıya çatdırmaq özü bir istedaddır.

Daha sonra qaliblərin adları açıqlandı. Birinci yerə Ercan Akarsunun "İkimizin melodiyası" əsəri ilə Elçin Quliyev, ikinci yerlərə Nik Vuyçiçin "Hüdudsuz" kitabı ilə Natiq Axundov və Sayalı Baharın "Aztagrambook" kitabı ilə Fərid Rəsulov layiq görüldü.

Üçüncü yerlərə isə Vüsal Nurunun "Prezidentin qızı" əsər ilə Asif Əliyev, Varis Yolçuyevin "Əzilmiş fotoşəkillər" kitabı ilə Elmin Əliyev və Orxan Fikrətoğlunun "Ölü mətn" kitabı ilə Elçin Elxanlı qalib elan edildi. Birinci, ikinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatı və diplomla təltif edilidi. Mark Levinin "Ruhuna vuruldum" kitabına çəkilmiş buktreylerə isə Səbinə Quliyevaya tamaşaçı simpatiyasına görə diplom təqdim edildi.

Qeyd edək ki, qaliblər Xalq Yazıçısı Çingiz Abdullayev, ssenarist, rejissor, Əməkdar İncəsənət Xadimi Ramiz Fətəliyev, kinorejissor Elxan Cəfərov, rejissor, klipmeyker Ülviyyə Könül, kinooperator Nadir Mehdiyev, festivalın təsisçisi, kinoaktyor Ruslan Sabirlidən ibarət münsiflər heyəti tərəfindən seçilib. Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndirilib. Sonda isə yekun olaraq təşkilat komitəsi hər bir münsifin verdiyi qiyməti toplamaqla qalibləri müəyyənləşdirib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi