Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Ver
ilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May-Respublika Günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olunmuş “Azərbaycanım” II Respublika uşaq rəsm festivalı Xətai Rayon İcra Hakimiyyətinin həyətində açıq havada təşkil olunub.Tədbiri Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin sektor müdiri Qalib Qasımov açaraq
festival iştirakçılarını salamladı və uşaqlarla keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən danışdı. Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbir iştirakçılarına öz xoş arzularını çatdırdılar.
Uşaqların müxtəlif rəqsləri ilə davam edən plener (açıq havada rəsm çəkmək) bitdikdən sonra Xətai Sənət Mərkəzində iştirakçıların əsərlərinin qiymətləndirilməsi keçirilib.
Qiymətləndirmənin nəticələrinə əsasən Rəhmanova Ceyran birinci, Abbaslı Mehin II və Osmanlı Rəsul III yerlərə, habelə 12 nəfər iştirakçı həvəsləndirici mükafatlara layiq görülüb.
Festival bədii hissəilə yekunlaşıb.