10.04.2018 04:02
Şuşa Dövlət Musiqili Dram Teatrı yaxın günlərdə yeni tamaşa ilə sənətsevərlərin görüşünə gələcəkdir.
Xorvat yazıçısı Miro Qavranın “Aktyor əbədiyyətə qovuşanda” pyesi əsasında hazırlanmış tamaşa aktyorların həyatından bəhs edir. Əsərdə 2 obraz var –Aktyor və Aktrisa.
Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist, Cəfər Cabbarlı mükafatı laureatı Nazir Rüstəmov həm də Tom rolunu ifa edir. Digər obrazı – Yeva rolunu isə teatrın aktrisası Bahar Həmzəyeva təqdim edəcəkdir.
Tamaşada Maksim Mrviçanın ifasında Tonçi Huljiçin və Klod Debüssinin musiqilərindən istifadə olunmuşdur.
Tamaşa aprel ayının 13–də saat 18:00–da Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində oynanılacaqdır.