Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
65

Azad torpaqlarda bayram konsertləri təşkil olunub

8 Noyabr - Zəfər Günü işğaldan azad olunmuş torpaqlarda böyük təntənə ilə qeyd olunub.
Cəbrayıl şəhərində Zəfər bayramına həsr olunmuş konsert keçirilib. Öncə izləyicilərə Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx təqdim olunub.
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev, instrumental heyətin musiqi rəhbəri Mahir Ordubadi) müşayiəti ilə solistlər Televiziya Muğam Müsabiqəsinin laureatı Vəfa Vəzirova,  Əməkdar artist Çinarə Heydərova (qanun),
respublika və beynəlxalq müsabiqələr laureatları İdris Tağıyev (zurna, balaban), Taleh Yahyayev, Nurlana Abdullayeva və Nurlan Əzizbəyli, "Misri" ansamblı, Taleh Hüseynli, Rəvan Qaçayev və aşıq Ruhiyyə Qarabağlı dinləyicilər qarşısında çıxış ediblər.
Proqramda vətənpərvərlik ruhunda Azərbaycanın bəstəkar və xalq mahnıları səsləndirilib.
*
Laçın şəhərində şəhərində təşkil olunan bayram tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Bayraq meydanından başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.
Rəsmi hissədən sonra hərbi orkestrin və şəxsi heyətin müşayiəti ilə “Lacinema” kino mərkəzinə qədər bayraqla yürüş keçirilib.
Sonra tədbir “Lacinema” kino mərkəzində davam edib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  şanlı Zəfərimizin dördüncü ildönümünə həsr olunmuş bayram konserti təqdim olunub.
Əməkdar artist Elza Seyidcahan, Beynəlxalq Muğam Mərkəzinin solistləri, xanəndələr Elgiz Əliyev,  Könül Xəlilzadə,  Cahangir Cahangirov adını Xor kollektivi, beynəlxalq müsabiqələr laureatı Nazxanım Dadaşova, istedadlı pianoçu və gənc ifaçılar, populyar müğənnilər, laçınlı  xanəndələr və aşıqlar iştirak ediblər. 2 saylı Laçın şəhər tam orta məktəbinin şagirdləri də milli rəqslər və bədii qiraətləri ilə proqrama rəng qatıblar. 
Sonra Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filmi nümayiş etdirilib. 
Bayram şöləni şəhərdəki  Seyrəngah ərazisində möhtəşəm atəşfəşanlıqla başa çatıb.
*
Zəngilan rayonunun Ağalı kəndində gerçəkləşən bayram şənliyində kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak ediblər. 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Sonra Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzi solistlərinin ifasında rəngarəng konsert proqramı təqdim olunub. Zəfər soraqlı musiqi nömrələrinin səsləndirildiyi konsert alqışlarla qarşılanıb.
*
Mədəniyyət paytaxtımız, bu doğma sakinlərinə qoynunda yer verən Şuşa şəhərində də Zəfər Günü böyük təntənə ilə gerçəkləşib. 
8 noyabrda eyni zamanda Şuşa Şəhəri Gününü qeyd edən sakinlər üçün, sözün əsl mənasında, bayram bayrama qarışıb.
Çünki dörd il öncə, Vətən müharibəsinin bu günü müzəffər Ordumuzun misli görünməmiş qəhrəmanlığı sayəsində qala-şəhərimiz düşməndən qurtulmuşdu. Şuşa zəfəri ilə, əslində, müharibənin də taleyi həll olunmuşdu...
Bayram konsertində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və Azərbaycan Dövlət Rəqs Ansamblının təqdim etdiyi maraqlı konsert proqramı doğma yurda qayıdışın sevinci içərisində olan şuşalıların yaddaşında silinməz iz qoyub.
*
Zəfər soraqlı tədbirlərin daha bir ünvanı Xankəndi şəhəri olub.
Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ilə düşməndən azad olunan Xankəndi şəhəri bu gün özünün yeni növrağını yaşayır. 
Burada təşkil olunan bayram mərasimi də böyük coşqu ilə qarşılanıb. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti və solistlər maraqlı proqram təqdim ediblər. Bayram şöləni tamaşaçılara unudulmaz anlar yaşadıb.

XƏBƏRLƏR

14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 17:31
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib
31.10.2024 15:57
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib
28.10.2024 17:46
“İkinci planetin qırmızı rəngi” filmi beynəlxalq festivallarda uğur qazanıb
28.10.2024 15:55
“Bölgə teatrlarının Bakı premyeraları” – Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəlir
28.10.2024 14:37
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçilib
28.10.2024 10:26
Mədəniyyət naziri Akademik Opera və Balet Teatrının kollektivi ilə görüşüb
28.10.2024 09:53
Adil Kərimli Mədəniyyət və İncəsənət Universitetinin kollektivi ilə görüşüb
25.10.2024 17:05
Bakı Dövlət Universiteti ilə Milli Kitabxana arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
25.10.2024 15:37
"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" ilkin mərhələdə 20 nəfəri əhatə edəcək
23.10.2024 09:31
Ölkəmizdə ilk dəfə mədəniyyət müəssisəsinə “beynəlxalq” statusu verilib
18.10.2024 17:11
Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb
18.10.2024 09:02
Füzulidə geniş konsert proqramı təqdim olunub
17.10.2024 17:25
Musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişiklik edilib
17.10.2024 17:02
Füzulidə növbəti “Şəhər günü” keçirilir