Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
593

Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib

Noyabrın 2-də 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib. “Uşaqlıq şənlikdir” şüarı altında TÜYAP kompleksində təşkil olunan sərgi bu il ölkəmiz üçün xüsusilə əlamətdardır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ilk dəfə sərgidə “fəxri qonaq ölkə” qismində iştirak edir.
Sərginin açılışında İstanbul valisi Davud Gül, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu, TÜRKSOY-un baş katibi Sultan Raev, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu, Türkiyə Yayınçılar Birliyinin sədri Kenan Kocatürk, Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini Xalq yazçısı Çingiz Abdullayev, Xalq yazıçısı Elçin, eləcə də ölkəmizdən və Türkiyədən tanınmış və gənc yazarlar iştirak ediblər.
TÜYAP Sərgi Kompleksinin rəhbərliyindən İlhan Ersözlü çıxış edərək 41-ci İstanbul sərgisi münasibətilə təbriklərini çatdırıb, sərgi haqqında məlumat verib.
Bildirilib ki, 9 gün davam edəcək sərgidə Türkiyədən və xaricdən 2000-dən çox yazıçı və şair iştirak edir. Sərgi çərçivəsində 200-dən çox imza mərasimi daxil olmaqla, 450-dək müxtəlif səpkili tədbir təşkil olunacaq.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, belə bir nüfuzlu sərginin "fəxri qonaq ölkə"si olmaqdan məmnunluq duyduqlarını diqqətə çatdırıb. 
Bildirilib ki, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin "Bir millət, iki dövlət" kimi səciyyələndirdiyi Azərbaycan və Türkiyə eyni etnik-mədəni köklərə malik olmaqla zəngin ortaq dəyərləri paylaşmaqdadır.
Tarixdən gələn bu yaxınlığın möhkəmlənməsində, xalqlarımızın qədim və zəngin mədəniyyət və ədəbiyyatı əsas rol oynayıb.
Qeyd olunub ki, türk ədəbiyyatının böyük simaları Rəşad Nuri Güntəkin, Yaşar Kamal, Nazim Hikmət, Əziz Nesin kimi yazarların əsərləri Azərbaycanda böyük rəğbətlə qarşılanıb, dəfələrlə nəşr edilib: "Bu gün də ölkəmizdə türk ədəbiyyatının tanınmış simalarının əsərlərinin tərcüməsi və təbliği işi davam etdirilir. Eyni zamanda məşhur Azərbaycan yazarları Hüseyn Cavid, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Almas İldırım, Əhməd Ağaoğlu,  Bəxtiyar Vahabzadə və başqalarının əsərlərinin Türkiyə oxucuları tərəfindən sevilməsi bizləri fərəhləndirir. Əhməd Cavadın qələmə aldığı, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bəstələdiyi və Qafqaz İslam Ordusunun marşı kimi səslənən "Çırpınırdın, Qara dəniz" şeiri xalqlarımızın dilinin əzbəridir".
Nazir müavini bildirib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixinin qızıl dövrünü yaşayır. Bunun da əsasında, ilk növbədə, dövlət başçılarımız - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti şəxsi dostluğu dayanır. Dövlətlərimizin rəsmi müttəfiqlik münasibətləri iki ölkə arasında mədəni əlaqələrin də inkişafına münbit şərait yaradır. Hazırda ölkələrimiz həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir.
Fərid Cəfərov çıxışının sonunda sərginin təşkilində zəhməti olanlara və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkürünü bildirib, sərginin işinə uğurlar arzulayıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, Türkiyə Yayınçılar Birliyinin sədri Kenan Kocatürk, İstanbul valisi Davud Gül, sərginin "fəxri yazarı" Yalvaç Ural və başqaları çıxış edib, sərginin əhəmiyyətini vurğulayıb. Çıxışlarda Türkiyədə kitab sənayesinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrdən söz açılıb.
Sonra İstanbul valisi Davud Gül mədəniyyət nazirinin müavini Fərid Cəfərova valiliyin hədiyyə plaketini təqdim edib.
Sonra sərginin rəmzi açılışını bildirən lent kəsilib. Sərgi məkanında nağaraçalan uşaqlar qrupunun ifasında kompozisiya təqdim olunub.
Daha sonra tədbir iştirakçıları sərgi məkanında Azərbaycan stendinin açılışında iştirak ediblər.
Əvvəlcə incəsənət ustalarımızın iştirakı ilə bədii proqram təqdim olunub.
Yeniyetmə xanəndə Həzrət Əzizlinin ifasında "Bayatı-Şiraz" muğamı səsləndirilib. Sonra bu il dövlət başçısının sərəncamı ilə 530 illiyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsəri əsasında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin yazdığı eyniadlı operadan rəqs nömrəsi təqdim olunub.
Əməkdar artist Nuriyyə Hüseynova isə "Yaşa, Azərbaycan" mahnısını ifa edib. Xanəndəni Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Siyavuş Kərimov (nağara) müşayiət ediblər.
Daha sonra Azərbaycan stendi ilə tanışlıq olub. Məlumat verilib ki, stenddə ölkəmizdən 20-dən çox nəşriyyatın kitabları, ümumilikdə 2000 mindən çox nəşr nümunəsi yer alıb. 
Stenddə Azərbaycanın dövlətçilik tarixi, Heydər Əliyev Fondunun ədəbiyyat və mədəniyyətimizlə bağlı nəşrləri, bədii ədəbiyyat nümunələri təqdim edilir. 
Stenddə həmçinin tanınmış və gənc yazarlarımızın Türkiyədə türk dilində nəşr olunmuş əsərləri sərgilənir. 
Türk Mədəniyyəti və İrsi Fondunun nəşrlərinə də Azərbaycan stendində ayrıca guşə ayrılıb.
Noyabrın 10-dək davam edəcək sərgi çərçivəsində milli stendimizdə 20-dən çox müxtəlif səpkili tədbirin təşkili nəzərdə tutulub.

XƏBƏRLƏR

20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 17:31
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib
31.10.2024 15:57
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib
28.10.2024 17:46
“İkinci planetin qırmızı rəngi” filmi beynəlxalq festivallarda uğur qazanıb
28.10.2024 15:55
“Bölgə teatrlarının Bakı premyeraları” – Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəlir
28.10.2024 14:37
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçilib