Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
44

UNESCO Baş Qərargahında Azərbaycanın COP29-da baş tutacaq mədəniyyət məzmunlu tədbirlərinə dair təqdimat keçirilmişdir

UNESCO Baş Qərargahında Azərbaycanın COP29-da baş tutacaq mədəniyyət məzmunlu tədbirlərinə dair təqdimat keçirilmişdir

2024-cü il oktyabrın 8-də UNESCO Baş qərargahında AR Mədəniyyət Nazirliyi tərəfindən COP29 çərçivəsində həyata keçiriləcək mədəniyyət məzmunlu tədbirlərə dair təqdimat baş tutmuşdur.

100-dən çox ölkənin UNESCO yanında Daimi Nümayəndəlikləri olmaqla ümumilikdə 300 dən çox iştirakçı ilə baş tutan tədbir UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottonenin və Ekologiya və Yer elmləri sektorunun direktoru, İnsan və Biosfer Proqramının Katibi Antonio Abrenin açılış nitqləri ilə başladı.

Ardınca mədəniyyət nazirinin müavini Fərid Cəfərov öz açılış nitqində Azərbaycan-UNESCO münasibətlərindən, mədəniyyətin iqlim fəaliyyətindəki rolu və mövzunun qlobal gündəliyə daxil edilməsinin önəmindən bəhs etdi. F. Cəfərov, həmçinin, üzv ölkələri COP29 çərçivəsində 15 noyabr tarixində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyətinin Dostları Qrupunun (GFCBCA) həmsədrləri qismində BƏƏ və Braziliya Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə keçiriləcək 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu ilə bağlı məlumat verdi.

Ernesto Ottonenin moderatorluğu ilə davam edən tədbirdə Mədəniyyət Nazirliyinin tərəfindən irəli sürülən Culture for Climate (C4C) təşəbbüsü barəsində video-çarx və təqdimat tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Təqdimat zamanı davranış mədəniyyətinin iqlim dəyişmələrinə qarşı yönələn fəaliyyətlərdə oynadığı zəruri rol və bu istiqamətdə görüləcək layihələri əhatə edən 1 illik fəaliyyət planı barədə ətraflı məlumat verildi.

Daha sonra GFCBCA həmsədrləri qismində BƏƏ və Braziliyanın UNESCO yanında Daimi Nümayəndələri Azərbaycana mədəniyyətin iqlim dəyişmələrinə yönələn gündəliyə daxil edilməsi istiqamətində aktiv fəaliyyətlərinə görə təşəkkür edərək C4C təşəbbüsünü dəstəklədiklərini bildirdilər. Sonda isə hər kəsi noyabrda Bakıya gəlməyə dəvət etdilər.

Tədbir sual-cavab sessiyası və nazir müavinin bağlanış nitqi ilə sona çatdı.

XƏBƏRLƏR

18.10.2024 17:11
Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb
18.10.2024 09:02
Füzulidə geniş konsert proqramı təqdim olunub
17.10.2024 17:25
Musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişiklik edilib
17.10.2024 17:02
Füzulidə növbəti “Şəhər günü” keçirilir
16.10.2024 16:16
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
16.10.2024 11:31
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
15.10.2024 17:32
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.10.2024 10:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
11.10.2024 16:11
ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
11.10.2024 12:54
Adil Kərimli “Yuğ” teatrının kollektivi ilə görüşüb
11.10.2024 12:38
Mədəniyyət naziri Azərbaycan Dövlət Kukla Teatrında olub
09.10.2024 18:17
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
09.10.2024 09:17
Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası öz işinə başlayıb
07.10.2024 22:31
“Baku Cinema Breeze” çərçivəsində 8-ci DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı keçirildi
07.10.2024 17:27
Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı keçirilib
07.10.2024 17:18
7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi
07.10.2024 14:37
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
04.10.2024 17:15
Cəbrayılda ilk "Şəhər günü" keçirilib
04.10.2024 15:17
“Baku Cinema Breeze” festivalı çərçivəsində “Omarket”in platformasının açılışı olub
03.10.2024 17:26
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
03.10.2024 12:34
Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabının təqdimatı keçirilib
03.10.2024 12:14
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
02.10.2024 17:29
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı
01.10.2024 14:35
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərdə incəsənət təhsili üzrə ilk tədris ocağıdır
01.10.2024 12:14
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin geniş icmalı
01.10.2024 10:22
“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı
30.09.2024 17:47
X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
30.09.2024 17:40
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024 17:20
Monteneqroda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının növbəti Assambleyası təşkil olundu
27.09.2024 16:55
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
27.09.2024 15:44
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər
26.09.2024 14:32
Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub
26.09.2024 09:50
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub
25.09.2024 15:55
Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub