Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
413

Mədəniyyət naziri Azərbaycan Dövlət Kukla Teatrında olub

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 10-da Azərbaycan Dövlət Kukla Teatrında olub, kollektivlə görüşüb söhbət edib. 

93 illik zəngin keçmişə malik, milli kuklaçılıq ənənələrini layiqincə yaşadan sənət ocağı haqqında söz açan nazir dövlət teatr müəssisələri ilə ilk görüşün məhz bu teatrla başlanmasının təsadüfi olmadığını bildirib.

Bildirilib ki, teatr tamaşa-plan göstəriciləri, repertuar siyasəti, daxili və xarici qastrollar, beynəlxalq festivallarda iştirak baxımından öz fəaliyyəti ilə seçilir. 

Qarşıda duran məqsəd və vəzifələrdən danışan nazir yeni dövrün çağırışlarının  teatrların fəaliyyətində nəzərə alınmasının əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, çağdaş sənət meyilləri, dünya teatr prosesinə inteqrasiya ilə yanaşı, milli ənənələrə əsaslanan repertuar siyasəti qurulmalıdır. Eyni zamanda istedadlı, ixtisaslı gənclərin sənət ocağına cəlb edilməsi, yaradıcı və texniki heyətin xarici ölkələrdə təkmilləşmə kurslarında, ustad dərslərində iştirakı da diqqətdə saxlanılmalıdır. 

Daxili qastrol marafonunun bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edən nazir sənət ocağının kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə səmimi görüşə, kollektivin fəaliyyəti haqqında xoş sözlərə görə nazirə təşəkkürünü bildirib.

Direktor fəaliyyətlərində nazirliyin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayıb. O, ölkədəki 5 kukla teatrı üçün mərkəz funksiyasını yerinə yetirən Azərbaycan Dövlət Kukla Teatrının statusu ilə bağlı məsələni qeyd edib, eləcə də ömrü şırma arxasında keçən kuklaçıların əməyinin qiymətləndirilməsini arzuladıqlarını diqqətə çatdırıb.

Teatrın mütəmadi şəkildə yüksək kateqoriyalı beynəlxalq festivallarda iştirak etdiyini deyən direktor vaxtilə ölkəmizdə keçirilən “Cırtdan” Bakı Beynəlxalq Kukla Teatrları Festivalı formatında yeni bir layihənin həyata keçirilməsinin əhəmiyyətli olacağını bildirib.

XƏBƏRLƏR

15.10.2024 17:32
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.10.2024 10:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
11.10.2024 16:11
ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
11.10.2024 12:54
Adil Kərimli “Yuğ” teatrının kollektivi ilə görüşüb
09.10.2024 18:17
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
09.10.2024 09:17
Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası öz işinə başlayıb
07.10.2024 22:31
“Baku Cinema Breeze” çərçivəsində 8-ci DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı keçirildi
07.10.2024 17:27
Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı keçirilib
07.10.2024 17:18
7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi
07.10.2024 14:37
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
04.10.2024 17:15
Cəbrayılda ilk "Şəhər günü" keçirilib
04.10.2024 15:17
“Baku Cinema Breeze” festivalı çərçivəsində “Omarket”in platformasının açılışı olub
03.10.2024 17:26
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
03.10.2024 12:34
Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabının təqdimatı keçirilib
03.10.2024 12:14
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
02.10.2024 17:29
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı
01.10.2024 14:35
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərdə incəsənət təhsili üzrə ilk tədris ocağıdır
01.10.2024 12:14
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin geniş icmalı
01.10.2024 10:22
“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı
30.09.2024 17:47
X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
30.09.2024 17:40
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024 17:20
Monteneqroda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının növbəti Assambleyası təşkil olundu
27.09.2024 16:55
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
27.09.2024 15:44
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər
26.09.2024 14:32
Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub
26.09.2024 09:50
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub
25.09.2024 15:55
Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub
25.09.2024 15:04
Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub
25.09.2024 11:29
Salam Sarvan və Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib
25.09.2024 10:30
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib
24.09.2024 16:51
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
23.09.2024 17:53
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
23.09.2024 16:52
Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı
23.09.2024 10:22
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir!