Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1879

“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib

Azərbaycanın dünyaşöhrətli bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti 23-25 avqust tarixlərində Çinin paytaxtı Pekində nümayiş olunub.

Dünyanın bir sıra səhnələrini fəth etmiş əsər Sankt-Peterburq Mariinski Teatrının Primorski səhnəsi (Vladivostok şəhəri) balet truppasının Çin Xalq Respublikasına qastrolu çərçivəsində göstərilib.

Truppanın bədii rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi Eldar Əliyevin yeni quruluş verdiyi tamaşanı 3500-dən çox çinli balet həvəskarı Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində izləyib. Bu, yeni istifadəyə verilən Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində ilk irimiqyaslı balet tamaşası olub.

Səhnə əsərində əsas rolları Anna Samstrelova, İrina Sapojnikova, Liliya Berejnova, Sergey Umanets, Viktor Mulıgin və başqaları ifa ediblər.

Üç gün ərzində tamaşaları izləyənlər arasında Rusiyanın Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako, Çin Böyük Teatrının direktoru Van Ninq, “İpək Yolu” Beynəlxalq Mədəniyyət Assosiasiyasının prezidenti Klaudio Yanq və başqa rəsmilər,  qonaqlar olub.

Tamaşaları Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Çin Milli Baletinin simfonik orkestri müşayiət edib.

Balet tamaşasında Mariinski Teatrı Primorski səhnəsinin xoru, opera truppasının solistləri Anastasiya Kikot və əslən azərbaycanlı olan Samirə Həlimova da səhnəyə çıxıblar. Eləcə də tarda solistlər – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramin Əzimov (Bakı) və Nadejda Medvedeva (Vladivostok) çıxış ediblər.

Azərbaycanın və Yaxın Şərqin musiqi əzəmətini canlandıran “Min bir gecə” baleti çinli sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. 

Qeyd edək ki, dahi bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına məxsusdur.

Bəstəkar əsərdə Azərbaycanın milli aləti - tarı orkestrə daxil etmiş və bütün zərb alətləri arsenalının (bonqo, tam-tam, ksilofon, vibrafon, naqara, zəng, timpani və s.) köməyi ilə ərəb ritmlərinin zənginliyini tamaşaçıya tam çatdırır.

XƏBƏRLƏR

10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
04.09.2024 10:15
Azərbaycanda ilk dəfə "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək
30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq