Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
421

Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb

Avqustun 1-də Monteneqro Milli Muzeyinin Miodrag Dado Djuric İncəsənət Qalereyasında “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb. Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 24 dəyərli sənət nümunəsi yer alır. Bunlara XVIII əsrdən müasir dövrədək xalqımızın zəngin mədəniyyətini, dünyagörüşünü, həyat tərzini və ənənələrini əks etdirən xalçalar, xalça məmulatları və eskizlər aiddir.

Sərginin açılışında Monteneqro Respublikasının mədəniyyət və media naziri Tamara Vuyoviç iştirak edib.

Sərgidə nümayiş olunan “vərni”, “zili” xovsuz xalçaları, “Ağaclı”, “Şıxlı”, “Cəyirli”, “Alpan” kimi xovlu xalçalar, həmçinin xalça məmulatlarından çul, heybə, məfrəş, ləməqabağı bənzərsiz bədii quruluşu, rəng ahəngdarlığı, zərif toxunuşu və özünəməxsus naxışları ilə bir-birindən seçilir. Şirvan, Quba, Bakı, Qazax, Qarabağ və Təbrizin toxuculuq məntəqələrində istehsal edilən bu unikal eksponatlar çoxmənalı elementlərlə, stilizə edilmiş zoomorf və nəbati ornamentlərlə zəngindir.
Xalq rəssamları Lətif Kərimov, Kamil Əliyev və Eldar Mikayılzadənin müəllifi olduğu müasir dövrə aid xalçalar və eskizlər də təqim edilən sənət nümunələri arasında xüsusi yer tutur.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə keçirilir.
“Azərbaycan xalçası: təbiətlə dialoq” sərgisi avqustun 31-dək davam edəcək.

XƏBƏRLƏR

03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib