Xəbər verdiyimiz kimi, iyulun 29-da mədəniyyət naziri Adil Kərimli Gədəbəy rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan sonra nazir Gədəbəy şəhərində bir sıra mədəniyyət müəssisələrinin – Gədəbəy rayon Aşıq Məktəbi, Gədəbəy rayon Uşaq İncəsənət Məktəbi, Uşaq İncəsənət Məktəbinin, Gədəbəy Mərkəzi Kitabxana Sisteminin binasının, bir binada yerləşən Gədəbəy rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Mərkəzi Kitabxana Sisteminin Uşaq şöbəsinin fəaliyyəti ilə tanış olub.
Həmçinin Gədəbəy rayonu Slavyanka kənd folklor klubuna və Gədəbəy rayonu Slavyanka kənd Musiqi məktəbinə baxış keçirilib. Son olaraq Gədəbəy rayonu Slavyanka kənd kitabxanasına baş çəkilib.
Baxış zamanı müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.