Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
814

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

1-3 may tarixlərində ölkəmizdə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir sıra yüksək səviyyəli qonaqları ilə ikitərəfli görüşlər təşkil olunur, əməkdaşlıq əlaqələri müzakirə edilir.

Mədəniyyət naziri Adil Kərimli mayın 3-də İtaliya Respublikası Deputatlar Palatasının vitse-prezidenti Corcio Mulenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Foruma qatıldıqlarına görə nümayəndə heyətinə təşəkkürünü bildirən nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” və bu qlobal platforma çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib. Deyib ki, builki Forumun da zəngin proqramı var və bəşəriyyəti narahat edən məsələlər ətrafında faydalı müzakirələr aparılıb.

Qeyd olunub ki, Azərbaycan dövləti İtaliya ilə əməkdaşlığa önəm verir. Təsadüfi deyil ki, 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb. İki ölkə arasında mədəni əməkdaşlıq da inkişaf edir. Xüsusilə, tarixi-mədəni irsin qorunması, memarlıq və dizayn kimi sahələrdə əlaqələr ildən-ilə möhkəmlənir. Azərbaycan tərəfi İtaliya ilə kino sahəsində əməkdaşlıqda da maraqlıdır.

Görüşə görə təşəkkür edən İtaliya Deputatlar Palatasının vitse-prezidenti Corcio Mulen Forumda iştirakından məmnunluğunu bildirib.

Azərbaycanın İtaliya üçün vacib tərəfdaş olduğunu deyən qonaq ölkələrimiz arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, iki ölkə arasında ali təhsil sahəsində də yaxşı əlaqələr qurulub. ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi bunun parlaq təzahürüdür. Həmçinin bildirilib ki, İtaliyanın tərəfdaş ali təhsil ocaqlarının professorları ADA Universitetində mütəmadi mühazirələr oxuyurlar.

Söhbət zamanı iki ölkə teatrlarının qarşılıqlı qastrol səfərlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XƏBƏRLƏR

30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir