Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
491

“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib.

"Turizm Araşdırmaları Salnaməsi”nin təsisçi-redaktoru Cəfər Cəfərinin moderatorluğu ilə keçən sessiyada çıxış edən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COVID pandemiyasından sonra bu il Azərbaycanda turizm sahəsinin tam bərpasına nail olunduğunu, xarici turistlərin sayında xeyli artım qeydə alındığını bildirib.

O, Azərbaycanda turizm sahəsinin inkişafına böyük diqqət yetirildiyini vurğulayıb: “Azərbaycanın turizm potensialı yüksəkdir. Həmçinin turizm insanları birləşdirmək imkanı yaradır. Bütün dünya üzrə turistlərin sayının artmasını nəzərə alaraq, fərqli mədəniyyətlərə malik insanlar davamlı şəkildə mübadilə edirlər. Turizm mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır".

BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroseviç çıxışında Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çox yüksək səviyyədə təşkil olunduğunu deyib. "Forum vasitəsilə mədəniyyətlərarası dialoqa təsir göstərə bilirik. Turizmin gəlir yerlərinin yaradılmasında rolu məlumdur. Daha aydın desək, iş yerlərinin 10 faizi məhz turizmlə bağlıdır. Dünyada 2023-cü ildə 1 trilyondan çox turist qeydə alınıb. Bu, kifayət qədər böyük rəqəmdir. Bu mənada, turizmin daxili və beynəlxalq dialoqa necə şərait yaratdığını görürük”, - deyə Zoritsa Uroseviç vurğulayıb.

Sarayevo Şəhər Şurasının sədri Yasmin Ademoviç turizmlə bağlı gənclərdə ortaq fikrin çox olduğunu bildirib. O, gənclərə turizmlə bağlı daha çox məlumat verilməsinin vacibliyinə diqqət çəkib.

Tədbirdə çıxış edən “Songa Africa”nın təsisçisi Roset Şantal turizmin bərpası baxımından Ruandanın yaxşı nümunə olduğunu deyərək bildirib: "Bu ölkə kiçikdir və hazırda bərpa olunur. Turizmin bu baxımdan böyük rolu var. Ölkəmizdə yoxsulluğun aradan qaldırılması və statusunu yaxşılaşdırmaq üçün turizmi inkişaf etdirdik. Yenidənbərpa üçün turizm əsas şərtdir. Bu da sülh olmadan mümkün deyil".

Turizm sektorunda gənclər və istedadların inkişafı üzrə ekspert Lusi Qarner dünyada son zamanlarda gənclərin ciddi çağırışlarla üzləşdiyini deyib. Diqqətə çatdırıb ki, gənclərin fikirlərini dinləyib, onları dəyərləndirmək lazımdır. "Əsas məqsəd müxtəlif dinə və mədəniyyətə mənsub olan gənclərin ünsiyyətinə şərait yaratmaq olmalıdır. Bunun üçün birgə layihələr həyata keçirilməsi əsas şərtdir. Düşünürəm ki, mədəniyyətlərarası dialoq bu baxımdan böyük təsir göstərəcək", - deyə Lusi Qarner vurğulayıb.

Dünya Turizm Etikası Komitəsinin sədrinin icraçısı Daniela Otero turizmin inkişaf etdirilməsinin vacibliyindən danışıb. O, bu sahənin inkişafı üçün belə forumların keçirilməsinin önəmini vurğulayıb.

"Get up and go Colombia”nın həmtəsisçisi və direktoru Migel Karvaxal turizm sahəsində icmalara dəstək göstərən layihələrin vacibliyindən bəhs edib: "Bununla bağlı mərkəzlər daha çox qurulmalı, həmin yerlərdə insanlara turizmlə bağlı məlumatlar verilməlidir. Düşünürəm ki, bütün ölkələrdə bu cür yerlər olmalıdır. Çünki həqiqətən də, turizm çox vacib sahədir", - deyə M.Karvaxal diqqətə çatdırıb.

Panel sessiya işini müzakirələrlə davam etdirib.

XƏBƏRLƏR

10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
04.09.2024 10:15
Azərbaycanda ilk dəfə "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək
30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb