“İrsimizi tanıyaq, tanıdaq” müsabiqəsinin nəticələri ilə bağlı ekspert komissiyasının iclası keçirilib
4293
16.01.2024
16.01.2024 06:24
Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan edilən
“İrsimizi tanıyaq, tanıdaq” müsabiqəsinin qaliblərinin müəyyənləşdirilməsi üçün ekspert komissiyasının iclası keçirilib.İclas nəticələrini əks etdirən protokola əsasən təqdim olunan videoçarxlar keyfiyyət baxımından qənaətbəxş olmadığına və müsabiqə şərtlərinə cavab vermədiyinə görə qaliblərin müəyyənləşdirilməsi mümkün olmayıb.