Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1899

“Nəşr məhsullarının satın alınması” müsabiqəsinin nəticələri müəyyən olunub

Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların kitab fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə 2023-cü il iyulun 24-də elan olunan “Nəşrlərin satın alınması müsabiqəsi”nin nəticələri müəyyənləşib.

Şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqə nazirlik tərəfindən yaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satın alınması üzrə Komissiya tərəfindən həyata keçirilib. Komissiya müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitabları qiymətləndirib, eyni zamanda kitabxanaların təqdim etdiyi oxucuların sorğu kitabçasına əsasən hazırlanmış statistik məlumatları nəzərə alıb.Müsabiqəyə təqdim olunan nəşrlər arasından komissiya tərəfindən  546 adda kitab (41 098 nüsxə) kitabxana fondlarının komplektləşdirilməsi baxımından məqsədəuyğun hesab edilərək satın alınmasına qərar verilib.

Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə komissiyanın seçiminə əsasən, “Qanun”, “Teas Press”, “Hədəf” nəşrləri”, “Everest”, “Təhsil”, “Ağıllı bala”, “Ting”, “Parlaq imzalar”, “Mücrü”, “MİMTA”, “Libra”, “Qələm”, “Qələm Çingizoğlu”, “Qədim Qala”, “Kosmo”, “Jeko Print”, “Xan”, “Alatoran”, “Altun kitab”, “Başla kitab”, “Bookzone Group”, “Çapar”, “Əli və Nino”, “AVE Print”, “Kitabçı” nəşriyyatlarından və Bakı Musiqi Akademiyasından kitabların alınması həyata keçiriləcək.
*Xatırladaq ki, nazirlik tərəfindən bu il kitabxanalarda daha çox tələbat olan və uzun illər kitabxanalara göndərilməyən elmi və elmi-kütləvi nəşrlərin satın alınmasına üstünlük verilib.*Komissiyanın qərarı ilə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, filologiya elmləri doktoru İslam Sadıqov, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Tehran Əlişanoğlu, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyev, tarix elmləri doktoru Fərhad Cabbarov, yazıçı Qüdrət Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru Elşən Bayramzadə, yazıçı Əlisgəndər Salamov, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru İlhami Cəfərsoy, Əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı, Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, tədqiqatçı, yazıçı Adıgözəl Məmmədov və yazıçı, tərcüməçi Emin İmanlıdan kitablar satın alınır.

Eyni zamanda 2023-cü il ərzində Mədəniyyət Nazirliyinə təqdim edilən 83 adda nəşr layihəsi komissiyanın üzvləri tərəfindən oxunaraq qiymətləndirilib. Komissiyanın qərarına əsasən, 21 adda kitabın nazirliyin nəşr planına daxil edilməsi məqsədəuyğun sayılıb.

XƏBƏRLƏR

21.06.2024 10:00
Beynəlxalq Animasiya Filmləri Festivalında Azərbaycan stendlə təmsil olunub
20.06.2024 09:24
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur
14.06.2024 17:04
Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edib
13.06.2024 18:02
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olunub
13.06.2024 17:04
Dövlət Yuğ Teatrı “Mənəm, mən” tamaşasını Daşkənddə nümayiş etdirib
13.06.2024 09:51
"Arşın mal alan" yenidən Daşkənd səhnəsində nümayiş olunub
13.06.2024 09:31
"Azərbaycanın sənət incilərində yaşayan milli irsi” - Daşkənddə sərgi açılıb
12.06.2024 11:23
Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi
12.06.2024 09:40
Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb 
12.06.2024 09:33
Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub
11.06.2024 15:30
Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib
10.06.2024 17:07
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır
08.06.2024 09:43
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin birgə bəyanatı
07.06.2024 15:41
VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub
07.06.2024 13:10
Mədəniyyət naziri İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib
06.06.2024 19:02
“1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılış mərasimi keçirilib
04.06.2024 09:01
“A-Hub Akselerasiya Proqramı”nın qalibləri Şuşada mükafatlandırılıb
03.06.2024 18:28
Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib
03.06.2024 17:57
Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumu maraqlı mövzulara həsr olunan panel sessiyalarla davam edir
03.06.2024 16:17
Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilir
03.06.2024 12:21
Görkəmli baletmeyster Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olunub
02.06.2024 21:24
"A-Hub Akselerasiya Proqramı”nın dünya finalı keçirilib
01.06.2024 20:28
Bakıda və Şuşada “Rəqəmsal Yaradıcı Həftəsonu” (Digital Creative Weekend) layihəsi həyata keçirilir
30.05.2024 15:37
Rəqəmsal yaradıcı həftəsonu elan olunur
28.05.2024 19:01
“Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir
24.05.2024 10:01
Ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri başa çatıb
23.05.2024 08:21
Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
21.05.2024 18:20
Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
21.05.2024 14:57
Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub