Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 7-23 noyabr 2023-cü il tarixlərində keçirilən qrant müsabiqəsinin nəticələri məlum oldu
1278
22.12.2023
22.12.2023 10:46
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 7-23 noyabr 2023-cü il tarixlərində keçirilən qrant müsabiqəsinə qeyri-hökumət təşkilatları tərəfindən 104 layihə təqdim olunmuşdur.
Ekspert komissiyası tərəfindən regional əhatəlilik, çoxtərəfli əməkdaşlıq, innovativlik, müxtəliflik və inklüzivlik, davamlılıq prinsiplərinə əsasən layihə təkliflərinin qiymətləndirməsi həyata keçirilmiş və 23 layihənin qrant maliyyələşdirilməsi ilə bağlı qərar verilmişdir.
Qalib gəlmiş təşkilatların elektron poçt ünvanına müvafiq məlumatlar göndərilib.