Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2861

Forumda "Azərbaycanda daşınar mədəni irs. Muzey işi və müasir çağırışlar" mövzusunda müzakirə aparılıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəni İrs Forumunun dekabrın 18-də reallaşan üçüncü – sonuncu paneli "Azərbaycanda daşınar mədəni irs. Muzey işi və müasir çağırışlar" mövzusuna həsr olunub. Panelin moderatoru Heydər Əliyev Mərkəzinin Layihələrin idarə edilməsi departamentinin direktoru Nərgiz Abdullayeva mövzu barədə məlumat verərək çıxışçıları səhnəyə dəvət edib.

Sonra Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış qeyri-maddi mədəni irsimizə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda Ulu öndər Heydər Əliyevin muzey işi sahəsinə göstərdiyi diqqət və qayğı, Prezident İlham Əliyevin sərəncamı ilə Zəfər muzeylərinin yaradılmasını əks etdirən videomaterillar nümayiş olunub. Milli İncəsənət Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova "Dünya muzeylərində qorunub saxlanılan Azərbaycan mədəniyyət nümunələrinin müəyyən edilməsi, öyrənilməsi və atribusiyası , onların Azərbaycana məxsusluğunun sübuta yetirilməsi" mövzusunda çıxış edib. Qeyd edib ki, Rusiya Dövlət Şərq Xalqları Muzeyi, Luvr Muzeyi, İstanbul Türk və İslam Əsərləri Muzeyində Azərbaycana məxsus sənət nümunələri qorunur. Onların atribusiyası aparılıb, həmin nümunələrin sərgiləri təşkil edilib, kataloqları hazırlanıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşı Vasif Qurbanov "Mədəni sərvətlərin idxalı və ixracı, tranzit qaydaları" mövzusunda çıxışında Gömrük Tarixi Muzeyinin fəaliyyəti haqqında məlumat verib. Sərgi, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı zamanı qanunvericiliklə nəzərdə tutulan hüquqi aktların və mexanizmlərin işlənmə prosesini diqqətə çatdırıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin sektor müdiri Altun Mikayıllı mədəni sərvətlərin ölkədən çıxarılma və qaytarılma qaydaları haqqında söz açıb. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən, tarix yadigarlarına ikinci həyatın verilməsi prosesindən danışıb. Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilovun mərkəzin muzey və sərgi fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd edib ki, mərkəzdə 11 ildə 450-dən çox sərgi və tədbir keçirilib. Mərkəz tərəfindən təşkil edilən yeni tendensiyalara uyğun sərgilər maraqla qarşılanıb və dünyanın müxtəlif mədəniyyətlərini əks etdirən nümunələr təqdim edilib.

Milli İncəsənət Muzeyi Elmi bərpa şöbəsinin müdiri Natiq Səfərov "Maddi texniki bazanın gücləndirilməsi. Müasir muzeylər. Muzeylər sosial təhsil vasitəsi kimi" mövzusunda çıxışında elmi bərpa işinin təşkili və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd edib. İşğal və Zəfər muzeylərinin təşkili üzrə kreativ direktor, ekspert Fabrisio Konti "İşğaldan azad olunmuş ərazilərdə muzeylərin bərpası. İşğal və Zəfər muzeyləri" mövzusunda çıxış edib. O, 2020-ci ilin 44 günlük müharibəsindən sonra mədəni sərvətlərin dağıdılması dəhşətini ilk dəfə gördüyünü bildirib. Deyib ki, hazırda Laçın, Kəlbəcər və Zəngilanda İşğal və Zəfər muzeylərinin yaradılması istiqamətində işlər aparılır. Muzeylərdə işğaldan əvvəl və Zəfərdən sonra ekspozisiyaları yaradılacaq.

Çıxışlardan sonra mövzular üzrə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Mədəni İrs Forumu dekabrın 19-da panel müzakirələrlə işini davam etdirəcək.

XƏBƏRLƏR

10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
04.09.2024 10:15
Azərbaycanda ilk dəfə "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək
30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb