Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2721

"Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar" mövzusunda müzakirə aparılıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəni İrs Forumunun dekabrın 18-də reallaşan ikinci paneli "Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar" mövzusuna həsr olunub. Panelin moderatoru Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri Sevil Kərimova mövzu barədə məlumat verərək çıxışçıları səhnəyə dəvət edib. Sonra Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış qeyri-maddi mədəni irsimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, memar Elçin Şamilli "Dekorativ-tətbiqi sənət nümunələri və müasir bədii ifadə formaları" mövzusunda çıxışında müasir dövrdə vizual dilin dekorativ-tətbiqi sənətlərdə, memarlıqda, dizayn sənətində oynadığı roldan danışıb. Azərbaycan Milli İncəsənət Muzeyi Elm şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov son otuz ildə ermənilər tərəfindən mənimsənilən, talanan mədəni sərvətlərimiz haqqında söz açıb, son zamanlar bədnam qonşularımızın Xankəndidən apardıqları qeyri-maddi mədəni irs nümunələrini özlərininki kimi təqdim etməyə başladıqlarını söyləyib. O, itirdiyimiz sərvətlərin "qırmızı kitabı"nın tərtib edilməsinin vacibliyini qeyd edib.

"Azərxalça" ASC-nin kreativ direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsmər Abdullayeva "Qeyri-maddi mədəni irs yaradıcılıq və innovasiyaların əsası kimi: iqtisadi və sosial aspekt" mövzusunda çıxış edib. O, Bakının Pirşağı, Balaxanı və digər qəsəbələrində heç vaxt işləməmiş qadınlar üçün xalçaçılıq, keçəçilik kurslarının təşkil edilməsindən, qədim texnologiya ilə boyaqçılıq sənətinin, Şəkidə ipəkbasma sənətinin dirçəldilməsindən danışıb. Sənətşünas alim gənc xalçaçı rəssamların yenilikçi ideyaları üçün yeni imkanların yaradılması üçün də təkliflərini səsləndirib. Əməkdar rəssam Məmmədhüseyn Hüseynov "İtirilməkdə olan sənət növləri və ənənələrin ötürülmə mexanizmləri" adlı məruzəsində tərtib etdiyi xalça sənətində unudulmaqda olan mədəni irs nümunələrinə dair cədvəli slayd kimi təqdim edib, təkliflərini dilə gətirib.

Panelin sonuncu məruzəçisi – Mədəniyyət Nazirliyinin sektor müdiri Nuriyyə Məmmədovanın "Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri beynəlxalq siyahılarda" mövzusunda çıxışı dinlənilib. O, Qeyri-maddi mədəni irsin qorunmasına dair UNESCO Konvensiyasının şərtləri barədə məlumat verib. Çıxışlardan sonra qaldırılan məsələlər və təkliflər barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

XƏBƏRLƏR

26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər