Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1075

Xalq artisti Ramiz Məlik vəfat edib

     Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Ramiz Məlik 14 dekabr 2023-cü il tarixində vəfat edib. Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bakı şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən taleyini Akademik Milli Dram Teatrına bağlayıb, aparıcı səhnə ustası kimi tanınıb.

     Ramiz Məlik ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda 100-ə yaxın rolda uğurla çıxış edib. Marsel («Hamlet», V. Şekspir), Mayis («Sevgililərin cəhənnəmdə vüsalı», İ.Əfəndiyev), Valter («Yad adam», L.Frank), Arif («İblis», H.Cavid ), Jan («Dəfn edilməmiş ölülər», J.P.Sartr), Toğrul («Atabəylər», N.Həsənzadə), Antoni («Kölgələrin oyunu», Y.Edlis), Katib («Gecə döyülən qapılar», N.Xəzri), Dulu Xaqan («Özümüzü kəsən qılınc», B.Vahabzadə), Vilyams («Kəllə», N.Hikmət), Qaçaq Süleyman («Ölüləri qəbiristanlıqda basdırın», İ.Şıxlı), Mayor Metkaf (“Tələ” A.Kristi) Aqşin («Od gəlini», C.Cabbarlı) və s. yaddaqalan səhnə obrazları yaradıb. R.Məlikin yaradıcılıq məharəti televiziya və kino sahəsində də diqqət çəkib. Aktyorun rol aldığı «Mehman», «Bir cənub şəhərində», «O qızı tapın», «Sevinc buxtası», «Babək», «Qəm pəncərəsi», «Qara gölün cəngavəri» və s. bədii, «Şərqin səhəri», «Günahsız Abdulla», «Kimin sualı var?» və s. televiziya filmləri onun kino sahəsində də sənətkar məharətini ortaya çıxarıb. Milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar 1982-ci ildə "Əməkdar artist", 1998-ci ildə "Xalq artisti" fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına, 2019-cu ildə «Şöhrət» ordeninə, 2023-cü ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

    Görkəmli sənət fədaisi, səmimi insan Ramiz Məlikin əziz xatirəsi sənət dostarı və tamaşaçılarının qəlbində yaşayacaq. Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

XƏBƏRLƏR

24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər
24.06.2024 12:25
Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib