Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1770

Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun noyabrın 30-da sonuncu panel sessiyası gerçəkləşib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatoru ilə keçirilən panel "Mədəniyyət və yaradıcı sənayelər Milli Prioritet kimi" mövzusuna həsr olunub. Paneldə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova “Yaradıcı həftə”nin və bu layihə çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun əhəmiyyətini vurğulayıb. Deyib ki, Azərbaycanın tarixi “İpək Yolu”nun üzərində yerləşməsi, yeniliklərə hər zaman açıq olması, müxtəlif coğrafiya və mədəniyyətləri özündə birləşdirməsi xalqımızın yüksək yaradıcı potensialını şərtləndirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda mədəni yaradıcı sənayenin inkişaf etdirilməsi, onun ÜDM-də payının artırılması kimi məsələlər də əksini tapıb. Strategiyada nəzərdə tutulan hədəflərə çatmaq üçün nazirlikdə yaradıcı sənayelər üzrə işçi qrupu formalaşdırılıb. Qrupun dəstəklənməsi üçün digər dövlət qurumları tərəfindən nümayəndələr müəyyən edilib. İl ərzində 5 yerli təhsil proqramına start verilib və bu məqsədlə edu.creative.az informasiya resursu yaradılıb. Hazırda yaradıcı təhsil üzrə təqaüd proqramı və yerli sənaye subyektlərinin elektron kataloqu hazırlanır. Həyata keçirilən tədbirlər əsasən yeni yaradıcı məhsulların hazırlanmasına yönəlib. Başlıca məqsəd ölkədə sənaye zəncirinin reallaşmasına şərait yaratmaq, yaradıcı sənaye məhsullarının regional və beynəlxalq müstəviyə çıxmasına nail olmaqdan ibarətdir. Bu istiqamətdə düzgün metodoloji çərçivənin hazırlanmasında və statistik göstəricilərin formalaşmasında digər müvafiq dövlət qurumlarının dəstəyinə ehtiyac var. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə heyətinin sədr müavini Samir Hümbətov agentliyin kreativ sənaye sahəsində fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, yaradıcı sənayenin inkişafı istiqamətində KOBİA çoxşaxəli fəaliyyət göstərir. Ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması önəm kəsb edir. Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli yaradıcı sənayedə əqli mülkiyyətin rolu, bu sahənin idarə edilməsi barədə fikirlərini bölüşüb. O, son illər bu istiqamətdə ölkəmizdə uğurlu islahatlar aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə başlaması, sektorun ixrac potensialının artırılması, kreativ məhsulların ölkə xaricinə çıxarılması üçün lazımi köməklik göstərilir. Bu prosesdə davamlı inkişaf üçün dövlət və özəl əməkdaşlığı əhəmiyyətlidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi icraçı direktorunun müavini Rəşad Hüseynov yaradıcı sənayenin müasir biznes çağırışları, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması barədə danışıb. Panel sessiyada iştirakçıları maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər barədə fikir mübadiləsi aparılıb. Bununla da Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb.

XƏBƏRLƏR

21.06.2024 10:00
Beynəlxalq Animasiya Filmləri Festivalında Azərbaycan stendlə təmsil olunub
20.06.2024 09:24
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur
14.06.2024 17:04
Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edib
13.06.2024 18:02
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olunub
13.06.2024 17:04
Dövlət Yuğ Teatrı “Mənəm, mən” tamaşasını Daşkənddə nümayiş etdirib
13.06.2024 09:51
"Arşın mal alan" yenidən Daşkənd səhnəsində nümayiş olunub
13.06.2024 09:31
"Azərbaycanın sənət incilərində yaşayan milli irsi” - Daşkənddə sərgi açılıb
12.06.2024 11:23
Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi
12.06.2024 09:40
Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb 
12.06.2024 09:33
Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub
11.06.2024 15:30
Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib
10.06.2024 17:07
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır
08.06.2024 09:43
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin birgə bəyanatı
07.06.2024 15:41
VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub
07.06.2024 13:10
Mədəniyyət naziri İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib
06.06.2024 19:02
“1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılış mərasimi keçirilib
04.06.2024 09:01
“A-Hub Akselerasiya Proqramı”nın qalibləri Şuşada mükafatlandırılıb
03.06.2024 18:28
Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib
03.06.2024 17:57
Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumu maraqlı mövzulara həsr olunan panel sessiyalarla davam edir
03.06.2024 16:17
Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilir
03.06.2024 12:21
Görkəmli baletmeyster Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olunub
02.06.2024 21:24
"A-Hub Akselerasiya Proqramı”nın dünya finalı keçirilib
01.06.2024 20:28
Bakıda və Şuşada “Rəqəmsal Yaradıcı Həftəsonu” (Digital Creative Weekend) layihəsi həyata keçirilir
30.05.2024 15:37
Rəqəmsal yaradıcı həftəsonu elan olunur
28.05.2024 19:01
“Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir
24.05.2024 10:01
Ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri başa çatıb
23.05.2024 08:21
Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
21.05.2024 18:20
Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
21.05.2024 14:57
Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub