Noyabrın 28-də Heydər Əliyev Mərkəzində Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun rəsmi açılış mərasimi keçirilib.
Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü ilin 27 noyabr – 3 dekabr tarixlərində təşkil olunan “Yaradıcı Həftə” çərçivəsində baş tutub. Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa çıxış edib.
Qeyd edək ki, yaradıcılıq layihəsi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı həyata keçirilir. Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.