Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
779

Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb

Mədəniyyət Nazirliyi tərəfindən kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb.

Bu münasibətlə noyabrın 20-də Azərbaycan Milli İncəsənət Muzeyində toplantı keçirilib.

Mədəniyyət naziri Adil Kərimli tədbir iştirakçılarını salamlayaraq yeni Ekspert şurasının yaradılması zərurətindən danışıb. Qeyd edib ki, kinematoqrafiya, rəqəmsal və audiovizual məzmunlar, yəni mediaya aid olmayan sahədə əsərlərin qiymətləndirilməsi üzrə peşəkar bir formata ehtiyac var idi: “Düşünürük ki, bu fəaliyyət sahənin peşəkarları üçün də vacibdir”.

Daha sonra Mədəniyyət Nazirliyinin təqdimatında  bildirib ki, nazirliyin kollegiyasının müvafiq qərarı ilə Ekspert şurasının tərkibi və əsasnaməsi müəyyən edilib. İctimai əsaslarla fəaliyyət göstərəcək şuranın məqsədi dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan əsərlərin, həmçinin istehsal yerindən asılı olmayaraq, ölkə ərazisində ictimai qaydada yayımlanan kinematoqrafiya və digər audiovizual əsərlərin (audiovizual media materialları istisna olmaqla), o cümlədən rəqəmsal platformaların və internet informasiya ehtiyatları vasitəsilə yayımlanan məzmunların qiymətləndirilməsindən ibarətdir.
Şura tərəfindən qiymətləndirmə əsərin uşaqlar üçün zərərli informasiya olub-olmaması, Azərbaycan dilinin, mədəni dəyərlərin qorunması və inkişafına, ümumi estetik tərbiyənin gücləndirilməsinə töhvə verməsi, mövzusunun aktuallığı və mədəniyyətin inkişafının prioritet istiqamətlərinə uyğunluğu kimi meyarlara əsasən aparılır.

Bildirildi ki, səlahiyyət müddəti iki il olan şura müvafiq sahə üzrə mütəxəssislərdən və ekspertlərdən ibarət tərkibdə formalaşdırılır. İclasları ildə dörd dəfədən az olmayaraq  keçirilir. İclaslar onlayn keçirilə bilər. İclas vaxtı sadə səs çoxluğu ilə iclas üzvləri tərəfindən müəyyən olunur. 

Ekspert şurasının fəaliyyətinin təşkili məqsədilə katiblik yaradılır. Katiblik şuranın iclaslarını təşkil edir. Şuraya daxil olan müraciətlərin qanunvericiliyin və bu əsasnamənin tələblərinə uyğunluğunu yoxlayır. İclasların keçiriləcəyi vaxt və yer barədə üzvlərə məlumat verir. İclasın gündəliyini, protokolunu tərtib edir və imzalanmaq üçün üzvlərə təqdim edir. Müraciətlərin uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir.

Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən bu ilin iyul ayında elan edilən film layihələri müsabiqəsinin pitçinq mərhələsində qalib layihələr də Ekspert şurasının rəyi əsasında müəyyən olunacaq.

Toplantıda daha sonra Ekspert şurası üzvlərinin çıxışları dinlənilib, fikir mübadiləsi aparılıb.

XƏBƏRLƏR

06.12.2023 14:43
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
06.12.2023 13:24
“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq
05.12.2023 09:43
Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb
04.12.2023 12:55
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
04.12.2023 10:23
Türk Dünyasının Yumor Festivalı keçirilib
01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub