Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
231

XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib

Noyabrın 10-da Nizami Kino Mərkəzində XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi baş tutub.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyidir.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev festivalda yer alan filmlər haqqında məlumat verib. O bildirib ki, Azərbaycanın qazanmış olduğu zəfər çəkilən filmlərdə də öz əksini tapacaq.

Kino Agentliyinin nümayəndəsi Rəşad Qasımov çıxışında Bakı Qısa Filmlər Festivalının Azərbaycanın ən uzunömürlü kino festivalı olmasını qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld qısametrajlı filmlərin əhəmiyyətindən danışıb.

“Mən qısametrajlı filmləri çox sevirəm. Bu festivalda Britaniya filmlərinin nümayişini təşkil etdiyinə görə “British Council”-a minnətdaram. Dörd gözəl və müxtəlif Britaniya qısametrajlı filmləri bu festivalda görəcəyik.

Azərbaycan dilini öyrənərkən Azərbaycan filmlərinə baxmağı sevirdim. Ona görə də çıxışımı bu statla bitirmək istəyirəm. Bu kino ki, var çox qəliz məsələdir. Həm qəlizdir həm də ki, vacib” – səfir bildirib.

Festival çərçivəsində Azərbaycan kinosunun 125 illiyi münasibətilə “Azərbaycan kinematoqrafiyasında xidmətlərinə görə” bu sahədə peşəkar kadrların yetişdirilməsində göstərdiyi xidmətə görə Azərbaycan Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev, dublyaj sahəsində xidmətlərinə görə Əməkdar artist Nəcibə Hüseynova, müəllif kinosunun inkişafındakı xidmətlərinə görə Əməkdar incəsənət xadimi, kinorejissor Elçin Musaoğlu “Qızıl nar” mükafatı ilə təltif edilib.

Beynəlxalq Qısa Filmlər Festivalının xarici və yerli müsabiqəsinin münsiflər heyətinin üzvləri – filmləri Rotterdam, “Kinoşok”, Karlovı-Varı kimi nüfuzlu kinofestivallarda mükafatlar qazanan Yavər Rzayev, Azərbaycan kinosunun ən məhsuldar təsvir rejissorlarından olan Nadir Mehdiyev, Azərbaycan nəsrinin tanınmış siması, yazıçı, ssenarist Şərif Ağayar, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri Elçin Şıxlı, tanınmış ssenarist, ssenari üzrə məsləhətçi Rulof Yan Minnebu, Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov çıxış edərək bütün kinosevərləri bu təntənəli açılış mərasimi münasibətilə təbrik ediblər.

Daha sonra festivala təqdim olunan yerli və xarici filmlərin kollajından ibarət videoçarxlar, eyni zamanda Britaniya Film və Televiziya Sənətləri Akademiyasının “Bafta” mükafatına, bu il ən yaxşı qısametrajlı bədii film nominasiyasında “Oskar” mükafatına da layiq görülmüş “İrlandsayağı vida” filmi təqdim olunub.

XƏBƏRLƏR

30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
21.11.2023 16:02
“Yaradıcı Həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək
21.11.2023 14:43
Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
17.11.2023 10:48
Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi
16.11.2023 22:25
Film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub
16.11.2023 16:36
Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur